top of page

CƏMİYYƏT

Təhsil / Səhiyyə / Elm / İdman / KİV

SƏHİYYƏ

Tarixi Azərbaycan ərizisində səhiyyə və təbabətin qədim tərixi vərdır. Antik və erkən orta əsr mənbələrində göstərilir ki, Qafqaz Albaniyası və Atropatena ərazisində təbabət elmi inkişaf etmişdir. Azərbaycan torpaqlarının Ərəb Xilafətinə qatıldıqdan və bu ərazidə vahid müsəlman mədəniyyəti yayılıb bərqərar olduqdan sonra təbabət elmi Azərbaycanda xüsuilə inkişaf etmişdir. O zaman bu, ilk növbədə, Xilafətdə elmi və biliyə xüsusi marağın artması ilə bağlı idi. 8-10 yüzilliklərdə Azərbaycanda olmuş səyyah və coğrafiyaşünaslar burada bacarıqlı həkimlərin yaşadıqları haqqında məlumat verirlər.

11-12 əsr mənbələrində Azərbaycanda təbabət sahəsində dərin biliyə malik loğman həkimlər haqqında məlumata rast gəlinir. Şamaxanın yaxınlığında Məlhəm kəndində 
Səhiyyə və təbabət elmində qədim və böyük ənənələrə malik olan Azərbaycanda bu sahələrin inkişafında yeni mərhələ ölkənin şimal əyalətlərinin 19 yüzillikdə Rus İmperiyası tərkibinə qatılması və burada kapitalist münasibətlərinin təşəkkül tapması ilə bağlıdır. Müasir elmin nailiyyətləri haqqında biliklərin yayılması, dünyəvi təhsilin meydana gəlməsi və inkişafı, sxolastik bilik sisteminin dağılmasına və əhalinin mütərəqqi təbəqələrində dünyəvi elmə, təhsilə, texniki nailiyyətləri qavramağa olan maraq və həvəsi xeyli artırdı. 1878 ildən başlayaraq rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş elmi-kütləvi kitabçalar nəşr edilməyə başladı. Onların müəyyən bir hissəsi də müxtəlif epidemiyaların, o cümlədən taun və vəba epidemiyalarının qarşısını almağa dair praktiki məsələhətlər vermişdi. Həkimlərin Qafqaz Cəmiyyətinin Bakı şöbəsi bir çox elmi-kütləvi tədbirlər həyata keçirirdi. Azərbaycanlı həkimlər Ə.K. Mehmandarov, M.R.Vəkilov, A.X.Axundov həkimlik fəaliyyəti ilə yanaşı, ölkədə elmi-tibbi fikrin inkişafına böyük vaxt sərf edirdilər. Bununla belə 19 yüzilliyin sonuda təbabət üzrə bilikərin yayılması və inkişafı daha çox Həsən bəy Zərdabinin (1842-1907) adı ilə bağlıdır. Rusiyada Moskva Universitetində təbabət elmləri şöbəsini bitirdikdən sonra Həsən bəy Zərdabi Vətənə qayıtmış və burada geniş elmi-pedaqoji və publisist fəaliyyətinə başlamışdır. Özünün nəşr etdirdiyi ilk milli qazeti olan 
1920 ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra ölkədə tibb elminə və səhiyyə işinə dövlət tərəfindən daha böyük diqqət verilməyə başlandı. 

1922 ildə Bakıda yoluxucu xəstəliklərin epidemioloji xüsusiyyətlərini öyrənməklə məşğul olan, respublikada birinci Tibbi Virusologiya, Mikrobiologiya, Gigiyena Elmi-Tədqiqat İnstitutu yaradıldı.

1922 ildən oftalmaloqların, 1923 ildən cərrahların, 1924-i ildən isə terapevtlərin və uşaq həkimlərinin respublika elmi cəmiyyətləri fəaliyyətə başladı.
Sovet hökümətinin ən böyük nailiyyətlərindən biri əhaliyə pulsuz tibbi xidmətin göstərilməsi olmuşdur. 1920-30 illərdə Azərbaycanda həkimlərin sayı artmış, xəstəxana və səhiyyə məntəqələrinin xüsusən təzə avadanlıqla təchiz olunması yaxşılaşmış, əhali arasında profilaktika işləri genişlənmişdir. Əhaliyə xəstəxanadankənar sahə sistemi inkişaf edirdi. Azərbaycanın bir çox sənaye müəssisəsində səhiyyə məntəqələri və həkim kabinetləri açılmışdır.

Məhz bu illərdə Azərbaycan Dövlət Universitetnin tərkibində bir neçə müstəqil institut yaradıldı. Bunlardan biri də tibb fakultəsi bazasında yaradılmış Azərbaycan Tibb İnstiututu (indiki Tibb Universiteti) idi.

Bu illərdi respublikada geniş yayılmış traxoma və malyariya kimi xəstəliklərlə mübarizədə böyük uğurlar qazanıldı. Dövlət tərəfindən planlı və sistemlik şəkildə keçirilən tədbirlər nəticəsində bu xəstəliklərlə mübarizədə əsaslı dönüş əldə olundu. 

Böyük Vətən Müharibəsindən sonrakı illərdə bütün SSRİ məkanında olduğu kimi Azərbaycanda da əsas iqtisadi və sosial inkişaf xətti ölkənin sənaye potensialını bərpa etmək, sosial vəziyyəti yaxşılaşdırmaq və əhalinin ümümi rifah halını yüksəltməkdən ibarət idi.

İnsanlara tibbi xidmət ilbəil yaxşılaşır, əhalinin sağlamlığın mühafizəsinə sərf edilən vəsait artır, müalicə-profilaktika müəssisələrinin şəbəkəsi genişlənirdi. 1940-70 illərdə Azərbaycanda xəstxanaların sayı 222-dən 779-a, həkimlərin həmin müddətdə sayı 3,3 mindən 13,1 minə, orta tibb işçilərin sayı 7,5 min nəfərdən 39,7 min nəfərə qədər artmışdır.
70-80-ci illərdə əhalinin sağlamlığının qorunması sahəsində də mühüm tədbirlər həyata keçirlmişdir. Əhaliyə ambulatoriya polikliniki yardımı göstərən müəssisələrin, qadın məsləhətxanalarının və poliklinikaların sayı artmışdır. Keçən yüzilliyin 80-ci illərin axırında respublika yzrə 70,9 min çarpayısı olan 731 xəstəxana fəaliyyət göstərirdi. Bakı şəhərində yeni müasir tibb texnikası ilə təchiz olunmuş diaqnostika mərkəzi, kardioloji mərkəz, respublika uşaq sağlamlıq kompleksi, uroloji xəstaxana, çoxlu poliklinika, stasionar tibb müəssisəsi və ambulatoriyalar tikilmişdi.

Azərbaycan Respublikası 20 yüzilliyin 90-illərində müstəqillik dövrunə qədəm qoyduğu bir zaman ölkənin səhiyyə sistemi böhran vəziyyətini yaşayırdı.
Xəstəxanada müalicə olunanların sayı kəskin azalmışdı. 1994-cü ildə difteriya və başqa xəstəliklər qorxulu şəkildə yayılırdı.

Təhsil / Səhiyyə / Elm / İdman / KİV

bottom of page