top of page

CƏMİYYƏT

Təhsil / Səhiyyə / Elm / İdman / KİV

ELM

Azərbaycanda bütün dövlərdə xüsusilə də şairləri və alimlərə böyük ehtiram göstərilmişdir.


Antik dövr müəlliflərinin qələmə aldıqları traktatlarla və İslam mədəniyyətinin öz sərvətləri ilə yaxından tanış olmaq imkanı əldə etmiş olan ziyalılar özləri də bu mədəniyyət xəzinəsinə əhəmiyyətli töhfələr verirdilər. XI əsrin müqtədir filoloqu Xətib Təbrizinin, görkəmli filosof Əbülhəsən Bəhmənyarın, məşhur astronom Fazil Firaəddin Şirvaninin, orta əsrlər dövrünün böyük memarı Əbubəkr Əcəmi Naxçıvaninin yaratmış olduğu irs bu baxımdan səciyyəvidir.


XII əsrin böyük şairlərindən - poeziyası fəlsəfi fikirlərlə süslənmiş dahi Nizami Gəncəvi və Xəqani Şirvani bütün sənət dünyasından ad-san qazanmışdılar.


XIII əsrdə Məhəmməd Nəsirəddin Tusi şöhrəti dünyaya yayılmış olan Marağa rəsədxanasını yaratmışdır. Elə bir elm sahəsi tapmaq çətindir ki, Nəsirəddin Tusi o sahədə əhəmiyyətli irs qoymasın. Onun öz zəmanəsi qabaqlayan əsərləri latın dilinə tərcümə olunaraq Avropada nəşr edilmişdir. N.Tusinin yaratdığı astronomik və riyazi cədvəllərdən bütün dünyada geniş istifadə olunmuşdur. O, Günəş sistemi planetlərinin orta gündəlik orbitlərini hesablamış və bu hesablamalar XVII əsr hesablamalarından da dəqiq olmuşdur. Bu mövzuda yazdığı "Təhrir əl-Məcəsti" və "Təzkireyi - Nasiriyyə" risalərində o, Ptolomeyin qeosentrik sistemini inkişaf etdirmiş və planetlərin bu sistem daxilində hərəkəti nəzəriyyəsini yaratmışdır. Onun pedaqoji, iqtisadi və fəlsəfi mövzularda da bir sıra əsərləri var.


XIV əsrin əvvəllərində "Dar-Uş-Şəfa" ("Şəfa evi") yaradılmışdı. Bütöv bir elm şəhərciyi olan "Dar-Uş-Şəfa"da təhsil, müalicə və elm müəssisələri o cümlədən rəsədxana fəaliyyət göstərirdir. Buradakı universitet tipli mədrəsəyə təbiyyatşünaslığı, fəlsəfəni, ilahiyyatı, tarixi, təbabəti, astronomiyanı, məntiqi öyrənmək üçün Şərq ölkələrindən hər il 6-7 min müdavim gəlirdi.


Bu dövrdə Seyid Yəhya Bakuvinin (fəlsəfə, tarix, coğrafiya, astronomiya). Əbdürrəşid Bakuvinin (tarix, coğrafiya, astronomiya), Əbdürrəşid Bakuvinin (tarix, coğrafiya), tarixçilərdən Məhəmməd Naxçıvani və İskəndər Münşinin, böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əsərləri geniş şöhrət qazanmışdı. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində coğrafiyaşünas alim və səyyah Hacı Zeynalabdin Şirvani məşhurlaşdı.
XIX əsrdə Azərbaycanda müasir elmin əsasları formalaşdı. Tarixçi Abbasqulu ağa Bakıxanov, filosof - mütəffəkir Mirzə Fətəli Axundov, darvinist alim Həsən bəy Zərdabi.

Təhsil / Səhiyyə / Elm / İdman / KİV

bottom of page