top of page
Düşüncə - Vaqif Mustafazadə
00:0000:00

İQTİSADİYYAT

Neft-qaz sektoru / Qeyri neft sektoru / Aqrar sektor / Nəqliyyat / Bank sektoru

NEFT — AZƏRBAYCANIN QARA QIZILI

Azərbaycanda zənğin neft yataqlarının mövcud olması hələ qədim zamanlardan yerli sakinlərə bəlli olmuş və onlar təbiətin bu nemətindən müxtəlif məqsədlər üçün ulu keçmişdən istifadə etmişdirlər. Hələ qədim dövrlərdən yerli əhali neftdən yanacaq, hərb materialı və diğər məqsədlər üçün istifadə edib, onu Azərbaycanın nefti və onun istifadə üsulları haqqında zənğin məlumat orta əsr mənbələrində verilir. Belə ki 10 yüzillikdə yaşamış ərəb səyyahı və tarixçisi İstəhri yazır ki, "qədim zamanlardan Bakı sakinləri agac və kömür əvəzinə neftdən isilik materialı kimi, ag neftdən isə müalicəvi məqsədlər üçün isifadə etmişdilər". Qədim zamanlardan Bakı və onun kəndlərindən neft və neft məhsulları dəridən tikilmiş tuluglarda xarici ölkələrə aparılır və məşhur İpək Yolu vasitəsilə dünyanın bir çox məmləkət və dövlətlərində satılırdı. Xam neft ticarətinin həcm və kəmiyyətini aydınlaşdırmaq üçün 10 əsr ərəb alimi Əbu Dülafın yazılarına müraciyət etmək gərəkdir. O yazırdı ki "Abşeronun cəmi iki neft quyusundan alınan məhsul 720 min qızıl dirhəmə bərabərdir". O dövrlərdə Abşeronda neft haşilatı əl üsulu ilə aparırdı. İlk öncə quyu qazılırdı, o təbii yolla neftlə dolduqdan sonra onu dəridən hazırlanmış vedrə və qablar vasitəsilə çıxardıb tuluglara doldururdular. Bu üsülla neft haşlatı ilk növbədə Bakının Balaxanı və Suraxanı kəndlərində yayılmışdır.

Şimalı Azərbaycanın Rus imperiyasının tərkibinə daxil olduqdan sonra neftin hasilatı sahəsində əsaslı dönüş baş verir.

1848 ildə Bakı yaxınlıgında Bibi-Heybət adlanan ərazidə dünyada ilk dəfə olaraq buruq üsulu ilə quyu qazılmış və neft fontanı alınmışdır.

19 yüzilliyni 60-cı illərinin ortalarında Azərbaycanın neft təsərrüfatında əsaslı dönüş baş verir. Belə ki 1864 ildə Balaxanı kəndlilərinin neft mədənlərindəki məcburi əməyi muzdlu fəhlə qüvvəsi ilə əvəz olunur. Bu da öz növbəsində neft hasilatının artımına təkan verdi. Əğər 1862 ildə Bakıda 34, 926 pud neft alınırdısa, artıq 1870 ildə burada 1 482 100 pud neft hasil olunurdu. Belə artımın başlıca səbəbi Rusiyada ag neftə olan tələbatın ğenişlənməsi olmuşdur. Artıq o zaman ağ neftdən təkcə çıraq yanacagı kimi deyil, eyni zamanda Rusiyanın inkişaf etməkdə olan sənayəsi üçün zəruri olan yanacaq şəklində istifadə olunması da başlanmışdır.

1870 ildə Balaxanıda yeni buruq qazıldı və o, 20 sajen dərinlikdın ğündə 700 pud neft verməyə başladı. Elə məhz bu uğurdan sonra qazma üsulu ilə neft hasilatınn sürətli inkişafı baş verir.

Neft haşlatının artımı neft ayırma sənayesinin meydana çıxmasını şərtləndirirdi. 1859 ildə Suraxanıda rus sənayeçiləri Kokarev və Qubaninin "Zakaspi Ticarıt Cəmiyyəti" neftayırma zavodunu inşa etdirdilər. Maraqlıdır ki, zavodun məhsuldar işini təmin etmək üçün istifadə olunan yanacaq bu ərazidə mövcud olan təbii qaz idi. Məhz həmin zavodun fəaliyyitinin daha da səmərəli etmək məqsədi ilə 1863 ildə Bakıya ğörkəmli rus alimi D.İ.Mendeleyev dəvət olunmuşdur. Artıq 1867 ildə 15 neftayırma zavodu fəalliyət ğöstərirdi. 1873 il üçün onların sayı 62-yə çatmışdır. 1872 ilin fevralında rus çarının təsdiqlədiyi qanunlar əsasənda neft hasilatında icarə tətbiq edilməyə başlandı. Köhnə məcburi (iltizam) iş sisteminin ləğvi bütün neft istehsalında qəti dönüş yaratdı. Neft sənayesi kaptalist istehsalı sisteminə qədəm qoydu.

Neftçıxarmanın artımı xüsusilə qazma prosesində yeni texnikanın tətbiqi ilə əlaqəli olmuşdur. Quyu özüllərinin zərbəştanq üsulu ilə qoyulması metodunun tətbiqi neticəsində ilk dəfə olaraq neftlə zəngin olan torpaq qatlarına çatmaq mümkün oldu. Bu cür üsulla 1873 ildə qazılmış "Xələfi" quyusu özünün o vaxta qədər ğörünməmiş məhsuldalrıqı ilə səciyyələnirdi. Quyudan fontan vurdugu zaman o hər gün 100 min pudacan neft verirdi.

19 yuzilliyin iknci yarısından neft sənayesində texniki çevriliş və istehsal prinsiplərinin yeniləşdirilməsi sürətlə inkişaf etməyə başlayır. Əvvəllər neft əllə qazılmış quyulardan tuluq və vedrələrlə daha sonra isə jelonka vasiəsilə çıxarılırdır. 1873 illəri etibarən neft çıxarmada buxar mühərrikləri tətbiq edilməyə başlayır. Bu hadisə neft sənayesinin gələcək inkişafında mühüm rol oynamışdır.

Neft sənayesindəki texniki təkmilləşdirmə neft daşıma və neft emalı kimi mühüm sahələrdən yan keçmədi. 1878 ildə neft mədənlərini neft emalı zavodu ilə birləşdirən ilk buxar nasoslu neft kəməri işə salındı. Bundan öncə xam neft zavodlara arabalarda daşınırdı. Bu illərdə neftin saxlanılması işi də təkmilləşdirilirdi. Primitiv çalalar əvəzinə sementli daş və kərpic döşənmiş, ağac örtüklü daha səmərəli anbarlar tikilməyə başlanır. Daha sonra isə metal rezervuarlar meydana gəlir.

Neft daşınma sahəsində də mühüm proseslər baş verməkdə idi. Bakı nefti başlıca olaraq Rusiya quberniyalarının yanacaga olan tələbatını ödəmək məqsədilə istifadə olunurdu. Cənubi Qafqaz dəmiryolunun tikilməsinə qədər neft dəniz vasitəsilə Bakıdan Həştərxana aparılır, oradan isə Volqa ilə Rusiyanın digər əyalətlərinə nəql edilirdi. İlk öncə neft yelkənli gəmilərə yuklənmiş çəlləklərlə daşınırdı. Sonradan neft məhsullarına olan tələbat artdıqca neftdaşıyan ğəmilər meydana gəlməyə başlayır. 19 yüzilliyin 70_ci illərində neft məhsullarının daşınması sahəsində ixtisaslaşan xüsusi cəmiyyətlər yaranır. Bu cəmiyytlər arasında "Qafqaz və Merkuri" şirkəti xüsusi yer tuturdu.

Təxminən bu illərdə yerli neft sənayesində xarici kapitalın axını başlayır. İlk növbədə bu Peterburq metal zavodçuları L.E. Nobel və P.A.Bilderlinq və həmçinin Rotşildlərin Paris bankir evi idi. 19 yüzilliyin 90-cı iilərindən isə Bakının neft sənayesinə və onunla əlaqəli olan sahələrə inğilis kapitalının axını başlayır. Nəhənq maliyyə imkanlarına malik olan bu şirkətlər Azərbaycan neft sənayesinin və onunla əlaqəli olan sənaye sahələrinin və infrastrukturunun təkmilləşdirilməsi və tərəqqisində mühüm rol oynayırdılar. Təkcə onu qeyd etmək kifayətdir ki, "Nobel qardaşları" şirkəti xəzər dənizində tanker donanmasının yaradıcısı olmuşdur. "Zoroastr" neft tankeri dünyada ilk belə tipli gəmi olaraq bəşər tarixində yanacaq daşımada yeni səhifənin açılmasına səbəb oldu.

Beləliklə 19 yüzilliyin sonunda Şımalı Azərbaycanda neft sənayesi öz inkişafınnın ən yüksək pilləsinə qalxaraq, neft istehsalı üzrə dünyada birinci yerə çıxdı. Belə ki, 1901 ildə dünyada istehsal olunan neftin yarısından çoxu və Rusiya neftinin 95% Bakı neftinin payına düşürdü.

20 yüzilliyin əvvələrində dünyada baş vermiş iqtisadi böhran və ondan bir qədər sonra başlamış 1 Dünya savaşı sözsüz ki, iqtisadiyyatın bütün sahələrinə, o cümlədən də, Azərbaycanın neft sənayesinə mənfi təsir ğöstərmişdir. Bununla belə həmin illərdə də Azərbaycan neft sənayesi ölkə iqtisadiyyatında aparıcı rol oynamış, dünyada ən mühüm sənaye sahəsi olaraq qalmış və inkişaf etmişdi.
mühüm ğəlir ğətirə biləcək ixrac məhsulu kimi bir çox ölkələrə satırdılar. 
1918 ildə Azərbaycanda Xalq Cumbüriyyəti elan olunduqdan sonra milli hökümət neft sənayesinin dirçəlməsi işinə diqqət və qaygı ğöstərməyə başlayır. 

1 Dünya savaşının sonlarında Bakının dəfələrlə müxtəlif qüvvələr tərəfindən əldən ələ keçməsi nəticəsində neft sənayesi ciddi itkilərə məruz qalmış, neft hasilatı xeyli azalmışdır. Halbuki neft sənayesi və kənd təsərrufatı Azərbaycan iqtisadiyyatının əsas özülünü və ölkə əhalisinin 76%-nin fəaliyyət və dolanışıq mənbəyini təşkil edirdi. Bu səbəbdən Azərbaycan milli hökümət yarandığı ilk gündən neft sənaysini böhrandan çıxarmaq məqsədilə konkret addımlar müəyyənləşdirdi. Azərbaycan parlamenti neft istehsalı və satışını öz nəzarətinə aldı, neft sənayesinin rentabelliyinin yüksəlməsinə yardım edən bir sıra qanunverici sənədlər qəbul olundu.

Vaxtıilə Bakı Şura Komissarlıqı Sovet Rusiyanın arzusu naminə neft sənayesinin milliləşdirilməsini elan etmişdi. Buna ğörə də milli hökümətin ilk zəruri addıımı 1918 il oktyabrın 6-da neft sənayesi müəssisələrinin öz əvvəlki sahiblərinə qaytarılması haqqında qərarı oldu. 1918 ilin oktyabrın 7-də neft mədən və zavodlarının, Xəzər ticarət donanması gəmilərinin əvvəlki sahibilərinə qaytarılması barəsində hökümətin dekreti nəşr olundu. Beləliklə neft sənayesində xususi mülkiyyət prinsipi bərpa edildi.

Azərbaycan ixracatının əsas mənbəyi neft olduğundan milli hökumət onunla əlaqədar ölkələrarası iqtisadı münasibətləri bərpa etməyə çalışırdı. Bolşevik Rusiyası ilə məlum səbəblərdən iqtisadi əlaqələrin zəifləməsi milli hökumətin bütün diqqəti Azərbaycan neftini dünya bazarına çıxarmağa imkan verən Bakı-Batumi neft kəmərinin səmərəli istifadəsinə yönəltməyə səbəb olmuşdur. Bu neft kəmərinin taleyi çox mürəkkəb idi. Onun inşası hələ 19 yüzilliüyin sonlarında - 1897 ildə başlanmış, 1907 ildə iyul ayında isə başa çatmışdır. Ümumi uzunlugu 830 km olan neft kəməri Zaqafqaziya Dəmir Yolu boyunca uzanıb gedirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı-Batumi neft kəməri Azərbaycan neftinin əsas ixrac vasitəsi rolunu oynamışdır.

Azərbaycanda bu dövrdə mövcud olan siyası sabitsizlik, xarici təhlükənin mütəmadi mövcüdluğu, 1 Dünya savaşının dağıdıcı nəticələri və Rusiyada həmin illərdə baş verən proseslər ölkədə milli məqsədlərə cavab verə biləcək iqtisadi və sosial islahatların həyata keçirilməsini lənğidirdi. Bunula belə Xalq Cümhuriyyətinin rəhbərləri iqtisadi vəziyyətin yaxşılaşması və sosial problemlərin həlli istiqamətində ciddi addımlar atmağa cəhd etmiş, ölkənin həyatını canlandıra biləcək müxtəlif proqramların həyata keçirilməsini planlaşdırırdılar. Lakin, əfsuslar olsun ki, tarixin gedişi buna imkan vermədi, xarici təzyiq və təcavüzün baş verməsi ucbatından Cümhuriyyət liderləri özlərinin bu məqsədlərinə nail ola bilmədilər.

Azərbaycanda 1920 ilin aprelin 28-də Sovet hakimiyyəti qurulduqdan sonra ölkənin ictimai siyasi və iqtisadi həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də əssaslı dəyişiklər baş verdi.

1920 il 12 mayda İnqilab Komitəsinin verdiyi dekret əssasında bütün meşələr, sular və yeraltı sərvətlər respublika dövlətinin mülkiyyəti elan edildi.

1920 il mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayəsi milliləşdirildi. Bu zamandan etibarən respublika neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi.

1921 ildə ölkədə yaranmış içtimai böhranı aradan qaldırmaq məqsədilə bolşevik hökuməti tarixdə yeni iqtisadi siyasət kimi tanınan iqtisadi islahatlar həyata keçirməyə məcbur olur. Bu siyasətə keçiddən sonra aparılmış yenidənqurma işləri nəticəsində Azərbaycan neft sənayesində əsaslı dönüş yarandı. 1921 ilin sentyabr ayından etibarən Azərbaycanın neft komitəsi (Azneftkom) təsərrufat hesabına keçirilən müstəqil Azərneft trestinə çevrildi. Azərneftə xarici ticarət, neftin və ağ neftin xaricdə avadanlıqla mübadilə edilməsi məsələlərində müəyyən müstəqillik rilmişdir.

Sovet Dövründə neft və qaz ehtiyalatlarının kəşfiyyatı hasilatı və emalında yaradılmış elmi-texniki, intelektual və istehsal potensialı Azərabycanın müstəqilliyi şəraitində daha dərin və böyük məna kəsb etdi. Azərbaycanın müstəqiliyinin möhkəmlənməsi prosesi ölkə iqtissadiyyatına, ilk növbədə isə neft sənayesinin inkişafına üzvi şəkildə baglıdır. Bu səbəbdən də keçən yüzilliyin 80-cı iilərin axırında və 90-cı iilərin əvvəlində respublikada baş verən siyasi və sosial-iqtisadi proseslər, xüsusilə Daglıq Qarabag münaqişəsi, ölkəmizin blokadası, iqtisadiyyata ilk növbədə də, neft sənayesinə dagıdıcı təsir ğöstərdi. Yalnız Heydər Əliyevin respublika rəhbərliyinə qayıtması Azərbaycanın siyası, iqtisadi və sosial həyatında pozitiv dəyişiklərin əsasını qoymaga imkan verdi. Onun rəhbərliyi ilə müstəqil Azərbaycanın yeni dövlət neft strateğiyası hazırlandı və uğurla həyata keçirilməyə başlandı. Bu Azərbaycan neft sənayesində yeni eranın başlanğıcı idi. Prezident Heydər Əliyevin Türkiyə, Böyük Britaniya, Fransa, ABŞ, Norveç, Çin və digər ölkələrə səfərləri, onun dövlət rəhbərləri və işguzar dairələrlə görüşləri Azərbaycan iqtisadiyyatına, və ilk növbədə, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen yataqlarına maragın xeyli yüksək oldugunu nümayiş etdirdi.

Prezident Heydər Əliyevin gərgin əməyi, məqsədəyönlü və çoxcəhətli fəaliyyəti nəticəsində Azərbaycan xarici investorları öz ətrafında cəm etməyə başladı.

Xarici neft şirkətləri ilə müqavilələr baglamaq üçün danışıqlar aparılması Azərbaycan Dövlət Neft Şirkətinə tapşırıldı. 

Danışıqlar qrupuna neft və beynalxalq əlaqələr üzrə ğörkəmli mütəxəssislər daxil edildi. Bu qrupun fəaliyyətində İlham Əliyevin, Xoşbəxt Yusifzadənin, Natiq Əliyevin rolu xüsusən səmərəli oldu, Azərbaycanın maraqlarına tam cavab verən müqavilə şərtləri razılaşdırıldı.

Müqavilənin baglanmasına müxtəlif, əsasən xarici qüvvələr ciddi mane olurdular.

Diplomatik notalar, bəyanatlar verilirdi. Xarici şirkətlər belə fikirdə idilər ki, müqavilə Xəzər dənizinin statusu həll ediləndən sonra qüvvəyə minməlidir. Lakin Azərbaycan hökuməti tərəfindən Vaşinqtona ezam edmlmiş ADNŞ-in birinci vitse-prezidenti İlham Əliyev ABŞ-da enerğetika nazirliyi rəhbərləri ilə səmərəli danışıqlar apardıqdan sonra ABŞ hökumətinin dəstəyi sayəsində xarici şirkətlər bu fikirdən əl çəkdilər.

1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında ADNŞ ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri neft şirkətləri daxil olan konsorsium (sonralar bu konsersuma Yaponiya şirkəti də qoşuldu) arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatagının bir hissəsinin birğə işlədilməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi haqqında 30 illik saziş imzalandı. Bu müqavilə "Əsrin müqaviləsi" adı ilə məşhurlandı (2001-ci ildən başlayaraq Prezidentin Fərmanı ilə həmin ğün respublikada "Neftçi günü" kimi bayram edilir). Razılıga görə, investisiyanın 80 faizini konsorsium qoyur, Azərbaycanın ümumi gəliri çıxarılacaq neftin qiymətinin 80 faizi miqdarında müəyyən olunurdu. Bundan əlavə, hasil olunacaq səmt qazı tam Azərbaycanın ixtiyarına verilirdi.

"Əsin müqaviləsi"nin təkcə hazırlanması və baglanmasını deyil, həm də həyata keçirilməsini odugca agır və çətin problemlər müşayiət edirdi. Lakin Azərbaycan Prezidenti H.Əliyevin siyasi iradəsi, qətiyyəti və müdrikliyi sayəsində bu maneələr müvəffəqiyyətlə aradan qaldırıldı. 

 

Neft-qaz sektoru / Qeyri neft sektoru / Aqrar sektor / Nəqliyyat / Bank sektoru

bottom of page