İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi

Həsən bəy Zərdabi (1837, Zərdab — 1907, Bakı) — Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi, öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk türkdilli qəzet – "Əkinçi"nin naşiri.