Azərbaycan Dövlət Dəmir Yolu baş qərargahı, Bakı
Bakı-Tbilisi-Qars dəmiryolu xətti
Poçt markaları (2012)
İQTİSADİYYAT
Neft-qaz sektoru / Qeyri neft sektoru / Aqrar sektor / Nəqliyyat / Bank sektoru
NƏQLİYYAT VƏ RABİTƏ
Azərbaycanın son dərəcə əlverişli coğrafi mövqeyi buradan ulu keçmişdən müxtəlif sivilizasiyaları, mədəniyyətləri və xalqları birləşdirən nəqliyyat magistrallarının keçməsini təmin etmişdir. Qədim İpək Yolu, Avropanın Şimal ölkələrini Yaxın və Orta Şərqlə birləşdirən başlıca nəqliyyat dəhlizləri qədim zamanlardan Azərbaycanın tarixi ərazilərindən keçirdi. Müxtəlif tipli arxeoloji tapıntılar, qədim karvan yolları boyunca ucaldılan karvansara, ovdan və mudafiə qurğuları buna əyani sübutdur. Azərbaycanda hələ qədim dövlərdə gəmiçilik də inkişaf etmişdir. Buna Xəzər sahilində yerləşən və həmin dənizdə ən əlverişli və ən iri limana malik olan Bakı şəhərinin mövcudluğu də böyük təsir göstərmişdir. Hələ 1564 ildə Səfəvilər dövlətinin yaradıcısı Şax İsmayıl Xatainin oğlu Təhmasib şahın fərmanı ilə iqamətgahı Bakı olan liman naziri vəzifəsi təsis olunmuşdur.
Bununla belə müasir anlayışda nəqliyyat və rabitə sisteminin yaranması ölkədə neft sənayesinin sürətli inkişafı ilə bağlı olub 19 yüzilliyin sonu 20 əsrin əvvlərinə təsadüf edir. Azərbaycanda müasir nəqliyyat vasitəsələrinin yaranmasında dəmir yollarının tikilməsi böyük əhəmiyyət kəsb etmişdir. Artıq 19 yuzilliyin 2-ci yarısında Bakını və Balaxanı-Sabunçu neft mədənlərini birləşdirən dəmir yolunun çəkilməsi haqqında məsələ qaldırılmışdır. 25 verst uzunluğunda olan bu dəmir yolunda (Bakı sərnişin və neft limanları, Sabunçu, Balaxanı, Suraxanı) 1880 ilin yanvarında qatarlar hərəkətə başladı.
Eyni zamanda Tiflis və Bakı arasında dəmir yolu çəkilməsi məsələsi həll edildi. Burada işlər 1880 ildə başlamış, 1883 ilin mayında isə dəmir yolu artıq fəaliyyət göstərirdi. Bu dəmir yolu Cənub Qafqaz dəmir yolunun tərkib hissəsi olmuş və onun vasitəsilə təkçə neft və neft məhsulları, müxtəlif təsərrufat malları deyil, həm də xeyli sərnişin daşınırdı.
19 yüzilliyin 90 illərində ölkədə dəmir yolunun yeni yüksəlişi şəraitində Xəzər dənizinin qərb sahili boyunca dəmir yolu tikintisi haqqında təklif gerçəkləşməyə başladı. Burada tikinti işləri Vladiqafqaz dəmir yolu tərəfindən 1897 ilin fevralında başlamışdı. Artıq 1900 ilin noyabrında Bakı ilə Port-Petrovsk arasında hərəkət təmin edildi. Beləliklə Cənubi Qafqaz dəmir yolunun çəkilməsi və bu şəbəkənin Bakı (Biləcəri) vasitəsilə Rusiyanın dəmir yolu ilə birləşdirilməsi Şimali Azərbaycanın və bütün Cənubi Qafqazın ölkənin digər hissələri ilə iqtisadi əlaqələrinin genişlənməsinə yardım etdi. Qafqazın ən iri dəmir yolu qovşası kimi Bakının rolunu artırdı.
Eyni ərəfədə Xəzər dənizində gəmiçilik də xeyli dərəcədə genişləndi. Tarix boyu Xəzər dənizinin ən böyük limanı olan Bakının yüksəlişi ilə yanaşı Lənkaran və Astara kimi sahilyanı şəhərlərin də gəmiçiliyin inkişafında əhəmiyyəti artdı. Həmin müddətdə Kürün aşağı axarında də gəmidaşımaları həyata keçirilirdi.
1873 ildə gəmi sahibləri Artyomovlar yelkənli gəmiləri yenidən quraraq çənlərə doldurmaq üsulu ilə neft məhsullarını daşımağa başladılar. Bu yenilik Nobel qardaşları tərəfindən daha da təkmilləşdirildi. 1878 ildə Xəzərdə onun ilk neftdaşıyan "Zoroasrt" gəmisi, onun ardınca isə bir neçə digər neftdaşıyan gəmi peyda oldu. Beləliklə təkcə Azərbaycanda deyil, həm də bütün dünyada neftdaşımanın daha əlverişli və mükəmməl üsulu olan tanker yükdaşımasının təməli qoyuldu. Dəniz vasitəsilə bu illərdə təkcə neft nəql olunmurdu, eyni zamanda digər yüklərin və sərnişinlərin də dənizlə daşınması genişlənirdi. Yüzilliyin sonunda Xəzərdə belə daşımalarla 83 buxar gəmisi və 312 yelkəli gəmi məşğul idi.
Müvafiq dövrdə rabitə də xeyli inkişaf etmişdir. Poç rabitəsi əsasən çay, dəniz və quru yolları vasitəsilə həyata keçirilirdi. Ona görə də müasir rabitənin inkişafı məhz ümumi nəqliyyatın yüksəlişi və ilk növbədə quru yollarının vəziyyəti ilə birbaşa əlaqəli idi. Lakin 19 yüzilliyin ortalarına kimi Rusiya tərkibinə qatılmış Şimali Azərbaycanda bu istiqamətdə əsaslı dəyişiklər baş verməmişdir.
Bu illəridə ölkənin ən mühüm və bütün Cənubi Qafqazın başlıca rabitə yollarından biri, ümumi uzunluğu 590 verst olan Bakı-Tiflis poçt yolu idi. Bu poçt yolundan Şimali Azərbaycanın bütün qəza mərkəzlərinə poçt şaxələri ayrılırdı.
19 yuzilliyi ikinci yarısında Şimali Azərbaycan ərazisində rabitənin ikinci növü olan teleqraf meydana gələrək böyük sürətlə yayılmağa başladı. 1864 ilin yanvarın 21-də Naxçıvanı Cülfa ilə birlərşdirən və Tiflis
Azərbaycanda 1920 ildə Sovet hakimiyyəti qurulduqdan sonra ölkə iqtisadiyyatın bütün başlıca sahələri o cümlədən nəqliyyat və rabitə qısa bir müddət ərzində milliləşdirildi. Ümum SSRİ-nin iqtisadiyyatının dirçəldilib inkişaf etdirilməsinə yönəldilmiş siyası kurs Azərbaycanın nəqliyyat və rabitə sahələrindəndə yan keçmədi. Artıq keçən əsrin 20 illərinin sonu-30 illərin əvvəli üçün respublikanın dəmir yolu və dəniz nəqliyyatının vəziyyəti tam şəkildə bərpa edilərək inkişaf etdirilməyə başlandı. 1937 ildə müasir Bakı limanının birinci hissəsi işə salındı. Bakı limanının abadlaşdırılması sayəsində Xəzər dəniz nəqliyyatının yük dövriyyəsi xeyli atdı. Bu liman vasitəsilə İran, Orta Asiya və Rusiya ilə əlaqələrin genişlənməsi və yük dövriyyəsinin ardıcıl artımı təmin olundu.
1933-ilin yanvarında Azərbaycan nəqliyyatı tarixində əlamətdar bir hadisə baş verdi. Məhz bu zaman Bakı-Aşqabad-Daşkənd arasında hava xətti açıldı. Həmin il fevralın 18-də təntənəli şəkildə Bakı təyyarə limanı işə salındı. 1935 ildə Bakı Ənzəli hava xəttinin açılması ilə liman SSRİ ilə İran arasında bilavasitə təyyarə əlaqəsinin yaradılmasında iştirak etdi.
Böyük Vətən müharibəsindən sonrakı illərdə nəqdiyyat və rabitə sahələrinin inkişafında xeyli müvəffəqiyyətlər əldə edilmişdir. 1945 ildə müstəqil Azərbaycan Dəmiryolu İdarəsi yaradıldı. Azərbaycanın paytaxtı, respublikanın şəhərləri, ölkənin mühüm inzibatı və sənaye mərkəzləri ilə hava xətlərinin sayı artmaqda idi. Bu illərdə rabitə müəssisələrinin şəbəkəsi və poçt mübadiləsi genişlənirdi. Teleqraf-telefon rabitəsi yenidən qurulurdu. 1946 ildə Bakı-Tbilisi arasında yüksək tezlikli teleqraf mağistral kanalı açıldı. 1949 idə Bakıda ilk dəfə olaraq əl sistemli abonent teleqraf stansiyası quruldu.
Sonrakı onilliklərdə də ölkənin nəqliyyat və rabitə sistemi yeniləşdirilib genişləndirilmişdir.
1962 ildən Bakını Türkmənistanın Krasnovodsk (indiki Türkmənbaşı) şəhəri ilə birləşdirən dəmiryol su rabitəsi işə salındı. Bərə vasitəsilə bu istiqamətdə yük və sərnişin daşınmaları Azərbaycanın və ümumən Qafqazın Orta Asiya, Qazaxıstan və Sibirlə nəqliyyat əlaqələrini yaxşılandırdı.
Rabitə sistemində də yeniliklər baş verməkdə idi. 1956 ilin fevralın 14-də Bakıda Azarbaycan televiziya mərkəzi öz fəaliyyətini ilk yoxlama verlişi işə başladı. Sonralar televiziya mərkəzinin verilişləri Bakıdan 200 km-ə qədər məsafədə müntəzəm olaraq qəbul edilməyə başladı.
1970 radiorele xətti ilə Bakı televiziya stansiyası ilk dəfə Moskvadan rəngli televiziya proqramını göstərmək imkanı əldə etdi.
1967 ilin noyabrın 6-da Bakı metropoliteninin birinci növbəsi istismara verildi. Bu respublikanın həyatında böyük bir hadisə oldu. Bakı metrosu SSRİ-də beşinci, Yaxın Şərqdə isə birinci metropoliten idi.
Azərbaycanın 70-80
1997-ci ilin martında Rusiya Federasiyası Azərbaycanla sərhəddəki məhdudiyyətləri götürərək şosse, dəmir və su yollarını açdı. Üçillik fasilədən sonra 1997 ilin may ayında Bakı-Moskva, Bakı-Mahaçkala, Bakı-Haştərxan qatarları yenidən işləməyə başladı. Bakı-Poti limanı aasında etibarlı dəmiryol əlaqəsi yaradıldı. Ölkədə aparılan iqtisadi islahatlar dəmir yolunun idarəolunması sistemində də əksini tapmaqda idi. İdarəetmə strukturunun təkmilləşdirilməsi üzrə üç mərhələdən ibarət olan plan işənib hazırlanmışdır. Hal-hazırda daşımalarla bir-başa əlaqədə olmayan təşkilatların səhmdar cəmiyyətlərə yaxud özəl müəssisələrə çevrilməsini nəzərdə tutan üçüncü mərhələ həyata keçirilir.
Dəmir yolunun texniki təchizatını yaxşılaşdırmaq məqsədilə Avropa Birliyi Komissiyasının TASİS proqramı üzrə bir sıra işlər görülmüşdür.
Bunlardan:
- Poylu stansiyası yaxınlığında Kür çayı üzəindəki iki dəmir yolu körpüsünün yenidən qurulması. 1996 ildə layihə uğurla tamamlanıb;
- Tovuz çayı üzərindəki dəmir yolu körpüsünün yenidən qurulması. Layihə 1997 ilə başa çatdırılıb;
- Biləcəri buxarlatma-təmizləmə stansiyasında yuksək məhsuldarlı çənlərin quraşdırılması;
- Bakı-Tbilisi-Poti magistralı xətti boyunca fibro-optik kabelin salınması;
- Bakı dəniz limanının konteyner meydançasında müasir yükləmə-boşaltma avadanlığı quraşdırmaqla bərpa işlərinin aparılması.
Eyni zamanda Azərbaycan dəmir yolunun uzunmüddətli inkişaf proqramı işlənib hazırlanmışdır. Bu proqrama əsasən aşağıdakı tədbir və layihələr nəzərdə tutulmuşdur:
- elektrik qatarları, teplovozlar, elektrovozlar və onların əsas hassələrinin əsaslı təmir edilməsinin təşkili məqsədilə Bakı və Biləcəri lokomotiv deposunda köklü yenidənqurma işlərinin aparılması;
- yeni qoşa təkərlərin düzəldilməsi məqsədilə və eləcə də sistem və digər növ vaqonlara olan tələbatın artması ilə əlaqədar Bakı vaqon
Böyük İpək Yolu layihəsinin gerçəkləşdirilməsi dəmir yolu ilə yanaşı nəqliyyatın digər sahələrinin inkşafına də təkan verdi. Bu ləyihənin həyata keçirilməsi prosesində 1994 ildən beynəlxalq stasusu olan Bakı Tiçarət Dəniz Limanı Yeni İpək Yolunun baş körpüsünə çevrildi. 1994 ildən 2000 ilə qədərki müddətdə yükdaşımanın həcmi 4 dəfərdən çox artmışdır.
Limanın fəaliyyəti iki istiqamətdə aparılmaqdadır. Bakı limanı Azərbaycanın Xəzəryanı ölkələri, eləcə də Volqa-Don, Volqa-Baltik kanalları vasitəsilə başqa dövlətlərlə iqtisadi əlaqələrin qurulmasını təmin edən dəniz ticarət qapısıdır. Digər tərəfdən o Qara dəniz limanlarını Mərkəzi Asiya ölkələri ilə birləşdirən quru-dəniz marşrutunun dyüyn nöqtəsidir.
Yeni İpək Yolu nəqliyyat dəhlizi üzrə daşınan yüklərin ildən ilə artımını nəzərə alaraq Beynəlxalq Bakı Dəniz Ticarət Limanının bərpası və yenidənqurulması həyata keçirilir. Avropa Yenidənqurma və İnkişaf Bankının vəsaiti hesabına bərə keçidi dünya standartlarına uyğun şəkildə yenidən quruldu.
Hal hazırda Xəzər Nəqliyyat Donanmasının yük tutumu 320 min ton olan 69 gəmi, o cümlədən 34 tanker və 27 quru yük, 8 sərnişin gəmisi və bir bərə-gəmi vardır. Həmçinin Beynəlxalq Bakı Dəniz Ticarət Limanı istənilən yükləmə və yükboşalma əməlliyyatlarını görməyə qadirdir.
Dəmir yolu və dəniz yükdaşınmalarının inkişafına müsbət təsir göstərmiş Tarixi İpək Yolunun bərpası eyni zamanda ölkənin avtomobil nəqliyyat şəbəkəsinin yenidən qurulması prosesini sürətləndirdi.
İlk növbədə, bu Bakı-Ələt-Hacıqabul-Yevlax-Gəncə-Gürcüstan sərhədlərinədək uzanan 500 km-lik yola aiddir. Hal-hazırda iri beynəlxalq maliyyə qurumlarının maliyyə yardımı ilə bu yolun ayrı-ayrı sahələri üzrə yenidənqurma işləri aparılmaqdadır. Əsas diqqət mövcud beynəlxalq əhəmiyyətli yolların bərpasına yönəldilib. Bakı, Gəncə, Yevlax və Qazaxda dolama yolların salınması nəzərdə tutulub. Bu marşrutlar üzrə aparılacaq yenidənqurma işlərinin ümumi məbləqi 551 milyon dollara bərabərdir. İpək Yolunun bərpası "Azəravtoyol" şirkətinin üzərində çalışdığı ən vacib proqram olsa da yeganə məqsəd deyildir. Azərbaycan Respublikasının "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması layihəsinə qoşulması həmçinin Bakı-Rostov və Bakı-Astara avtomobil yollarının köklü şəkildə yenidən qurulmasını nəzərdə tutur. Eyni zamanda ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş regionların inkişafına dair dövlət proqramı çərçivəsində respublikanın regionlarında əsaslı infrastruktur dəyişikliklərinin həyata keçirilməsi planlaşdırılır. Bu da ilk növbədə Azərbaycanda avtomobil yolları şəbəkəsinin yenidən qurulmasını nəzərdə tutur.
Nəqliyyatın başqa bir mühüm sahəsi olan aviasiya da son illərdə dinamik inkişaf dövrünü yaşayır. 1999 ildə Bakıda yüksək beynəlxalq standartlara cavab verən aerovağzal kompleksi istifadəyə verilmişdir.
Hal-hazırda "Azərbaycan Hava Yolları" Dövlət Konserni 20-yə yaxın müstəqil fəaliyyət göstərən müəssisəni birləşdirir. Bunlar "Azal", "Bakı Aeroportu", "Gəncə aeroportu", "Naxçıvan aeroportu", "Azal yük aviaşirkəti", "Azal-Gelikopter", "Azal Aqro" aviaşirkəti. "Aeronaviqasiya" müəssisəsi, Beynəlxalq Kommersiya İdarəsi, Aviasiya Təhlükəsizliyi İdarəsi, "Azal-Servis" Müəssisəsi, "Azal-Oyl" müəsssisəsi, "Qraund Heidlinq Kompani" Birgə müəssisəsi, "Azal Aviasiya-texniki mərkəzi", "Abella-Azal" BM, Milli Aviasiya Akademiyası, "Azalaviamontaj" müəssisəsi və bir sıra bu kimi digər strukturlardır.
1996 ildən bu günə kimi ölkənin aviasiya sistemində Dövlət Konserninin İnkişaf Proqramı çərçivəsində bir sıra tədbir və layihələr həyata keçirilmişdir.
1. Bakı aeroportunda uçuş-enmə xətləri və onların işıq-siqnal sistemləri modernləşdirilmiş, Boinq-747 təyyarəsinin dayanma meydançası inşa edilmiş, drenaj sistemlərinin tikintisi başa çatdırılmış, nasos sisteminin yeniləşdirilməsi təmin edilmiş, radiolokasiya avadanlığı quraşdırılmış, meteostansiyanın avtomatlaşdırılmış sistemi tətbiq olunmuşdur, Bakı aeroportunun dünyanın bütün aeroportları ilə sabit əlaqəsini təmin edən avtomat stansiyası işə salınmışdır.
2. Uçuşların təhlükəsizliyi sistemini təmin etmək məqsədilə Bakı beynəlxalq aeroportunda Hava Nəqliyyatının İdarə edilməsi Mərkəzi yaradılmışdır.
3. "Cənub qövsun hava nəqliyyatı. Faza 2"(Hava İpək Yolu) adlı TACİS layahəsi başa çatmaq mərhələsinə qədəm qoyulmuşdur. Bu layihə Böyük İpək Yolu üzrə aeronaviqasiya sistemi və strukturunun inkişafına və onların peyk texnologiyasına keçməsinə yönəldilmişdir.
4. Sərnişin və yük daşıyan hava gəmilərinə yerdə müasir standartlar səviyyəsində xidmət göstərilməsini təmin edən tədbirlər. Bu tədbirlərə aeroportda sərnişin və təyyarələrə dünya standartları, səviyyəsində xidmət göstərmək üçün müasir sərnişin avtobusları, hava gəmiləri, sərnişinlərin xidmətində duran baqaj, poçt, yük əməliyyatlarını görən xüsusi maşın və mexanizmlərin əldə edilməsi daxildir.
5. Bakı aeroportunda "AzalOyl" müəssisəsi üçün tutumu 6000 ton olan yanacaqdoldurma stansiyası işə salınmışdır.
6. Bakı aeroportu ərazisinin perimetri üzrə elektron sistemli mühafizə səddi inşa edilmişdir. Layihə çərçivəsində görülmüş işlər nəticəsində Bakı aeroportunun rejim sahəsi üzərində nəzarət ən müasir tələblərə uyğun şəkildə təşkil edilmişdir.
7. İki ədəd "Boinq-757" təyyarəsinin alınmasına dair investisiya ləyihəsi. Hal-hazırda hər iki təyyarə Dövlət Konserninin beynəlxalq hava marşrutlarında uğurla istismar olunur. 2001 ilin fevralında "Azal" milli aviaşirkəti yeni "Boinq-757" təyyarəsi ilə müntəzəm Bakı-Paris-Bakı reysinin istifadəsinə başlayıb. 1995 ildə Naxçıvan hava limanında ağıryüklü təyyarələrin enməsi üçün müasir uçuş-enmə zolağı istifadəyə verildi.
8. 2004 ildə Naxçıvanda beynəlxalq standartlara tam şəkildə cavab verən hava limanını inşasının başa çatdırılması və istifadəyə verilməsi.
Bu gün Azərbaycan Respublikası hava əlaqələri barədə 19 ölkə ilə razılıq imzalamışdır. Bilet sifarişi və satışı işində beynəlxalq miqyasda fəaliyyət göstərən "Amadeus" və "Galileo" xidmətləri ilə Dövlət konserni arasında kommersiya müqavilələri imzalanmışdır.
1993 ildən sonra respublikada rabitə sisteminin inkişafı istiqamətində uğurlu addımlar atıdı. Mütəxəssislərin qənaətinə görə rabitə sahəsi neft sənayesindən sonra milli iqtisadiyyatın ən iti sürətlə inkişaf edən seqmentidir. Son illərdə rabitə sistemini müasir dünya standartlarına cavab verən səviyəyə qaldırmaq məqsədilə ABŞ, Yaponiya, Böyük Britaniya. Türkiya, Almaniya, İsrail, Cənubi Koreya, Çin və başqa ölkələrin qabaqcıl rabitə şirkətləri ilə işküzar əlaqələr quruldu.
1992 və 1995 illərdə Bakıda Beynəlalq Telefon Stansiyaları quruldu və yerüstü stansiyalar beynəlxalq əlaqə sisteminə qoşuldu.
Respublika şəhərləri və rayonlarının əksəriyyətindən dünyanın butün şəhərləri ilə avtomat telefon rabitəsi yaratmaq mümkün oldu. Köhnə telefon şəbəkəsi yenidən qurulmağa başlandı.
1996 ilin baharında Azərbaycan-Rusiya-İngiltərə "Azavrotel"-birgə müəssisəsi Bakıda ən müasir elektron rəqəmli avtomat telefon stansiyaları quraşdırdı. 1998 ildə 120 min abonentlik müasir elektron ATS-lər istifadəyə verildi. 2002 ildə Bakıda 30 min kanalı olan şəhərlərarası və beynəlxalq telefon stansiyası fəaliyyət göstərirdi.
Naxçıvan MR-də beynəlxalq telefon stansiyası işə düşdü, peyk rabitə sistemi yaradıldı. 100 km uzunluğunda fiber optik kabel xətti çəkildi. Muxtar respublikanın telefon şəbəkəsi Cənubi Koreyanın "Deu-telekom" şirkətinin köməyi ilə tam yenidən qurulmağa başlandı. 1999 ildə Naxçıvan tam elektron rabitə sisteminə keçdi. Bununla da Naxçıvanın rabitə blokadası aradan qaldırıldı.
Azərbaycan Respublikası Rabitə Nazirliyi İsrailinin "Stiv" Firması ilə "Baksell" adlı birgə müəssisə yaradaraq mobil telefonlar şəbəkəsi qurdu. İnsanların məişətinə mobil telefonlar geniş daxil olmağa başladı.
1996 ilin axırlarında Rabitə Nazirlyi və "Türksell" firması "Azersell" adlı birgə müəssisə yaradıb daha təkmil, beynəlxalq şəbəkəyə qoşula bilən sellülyar rabitə sistemi qurdu. 2000 ildə "Azersell" respublikanın demək olar ki, bütün ərazisini əhatə edirdi. Hal-hazırda bu şəbəkə 1,500 000 abonentə xidmət edir.
2000 ildə 20 dövlətin ərazisindən keçərək Frankfrutdan Şanxaya uzanan 24 min km Trans Asiya-Avropa (TEA) fiber-optik kabel xəttinin Azərbaycandan keçən hissəsinin çəkilişi başa çatdı. TEA-nın tam istifadəyə verilməsi telefon rabitəsi keyfiyyətini yüksək səviyyəyə qaldırdı.
90-cı illərin ortalarında Azərbaycanda Beynəlxalq "İnternet" informasiya şəbəkəsindən istifadə olunmağa başlanmışdı.
1996 ildə Bakıda əsası hələ 1982 ildə qoyulmuş, hündürlüyü 310 m olan yeni teleqüllə istifadəyə verildi. Türkiyənin "Türksat" peyki vasitəsilə yerüstü stansiyalar ələqələndirildi. 2002 ildə respublikada 30 radio və telefiziya fəaliiyyət göstərirdi.
Beləliklə rabitə sektorunda artım sürəti ardıcıl olaraq ilbəil yüksəlmişdir. Belə ki, 2004 ildə rabitə müəssisə və təşkilatları tərəfindən istehlakçılara 1,6 trln manatlıq pullu xidmət göstərilmişdir. Bu göstərici rabitə tariflərinin aşağı salınması şəraitində əldə olunmuşdur.
Beləliklə Azərbaycan Respkblikasının nəqliyyat və rabitə sistemindəki son nailiyyətlər on bir ildə həyata keçirilən iqtisadi siyasətin və ölkədə bərqərar olan ictimai-siyasi sabitliyin bəhrəsidir.
Neft-qaz sektoru / Qeyri neft sektoru / Aqrar sektor / Nəqliyyat / Bank sektoru