top of page
Düşüncə - Vaqif Mustafazadə
00:0000:00

İQTİSADİYYAT

Neft-qaz sektoru / Qeyri neft sektoru / Aqrar sektor / Nəqliyyat / Bank sektoru

QEYRİ-NEFT SEKTORU

1991 ildə Azərbaycanda dövlət müstəqilliyi bərpa olunandan sonra ilk illərdə yeni yaranmış respublika olduqca mürəkkəb bir yol keçmişdir. Ölkə Ermənistanın davam edən hərbi təcavüzünə, nəqliyyat blokadasına məruz qalmış, dərin daxili-siyasi böhranı, vətəndaş müharibəsi təhlükəsi, dövlət çevrilişi, xalq sərvətinin talan edilməsi və dağıdılması ilə üzləşmişdir. 


Son dərəcədə bərbad büdcə, pul-kredit siyasəti, inflyasiyanın fəlakətli bir həddə çatması bütün iqtisadiyyatın vəziyyətinin pisləşməsinə gətirib çıxartdı.


Keçmiş SSRİ müəssələri arasında ənənəvi təsərrüfat əlagələrinin pozulması, habelə Azərbaycan məhsullarının bu məkandan sıxışdırılması iqtisadi durumu daha da gərginləşdirirdi.


Bütün bunların nəticəsində:

  • büdcə kəsrinin ümumi daxili məhsula nisbəti 1991 ildəki 0,1%-dən 1994 ildə 13% artdı;

  • 1992-1994 illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60% təşkil etdi;

  • 1994 ildə milli bankın faiz dərəcəsi 250% çatdı;

  • 1994 ildə illik inflyasiya 1600% ötüb keçdi.

Belə şəraitdə iqtisadiyyat çox dərin bir böhran vəziyətinə düşmüşdür.Əslində ölkə iqtisadiyyatı idarəolunmaz bir hala düşmüşdür.


Ancaq 1993 ildə Azərbaycan xalqının ümummilli lideri olan Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra iqtisadiyyatda hökm sürən böhran və tənəzzülün qarşısı alındı və sonrakı iqtisadi yüksəlişin təməli qoyuldu.


1994 ilin sentyabırında dünyanın ən iri neft şirkətləri ilə "Əsrin muqaviləsinin" bağlanması Azərbaycanı beynəlxalq iqtisadi sistemə qovuşduran tarixi bir hadisə oldu.


Bu zamandan etibarən bütün beynəlxalq iqtisadi və maliyyə-bank təsisatları ilə dah çox əməkdaşlıq yaratmaq və inkişaf etdirmək məqsədilə əməli addımlar atılmağa başlandı. Onların texniki yardımı və məsləhəti ilə 1995-1999 illərdə Azərbaycan hökumətinin üç iqtisadi proqamı işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir.


Bunlar dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı olan proqramlar idi. 1995-ci il sentyabrın 29-da Qanunla təsdiqlənmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövət mülkiyətinin özəlləşdirilməsi Dövlət Proqramı", "Sahibkarlıg fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyətləri haqqında", "Auditor xidməti haqqında" qanunlar, "Dövlət müəssisələrinin Səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında Əsasnamə" və başqa mühüm hüquqi aktlar qəbul edilmişdi. Sahibkarlıgın inkişafı üçün Milli Fond təsis olunmuşdu. "Antiinhisar Siyasəti və Sahibkarlıga Kömək Komitəsi", yelərdə sahibkarlıgın inkişaf mərkəzləri, "Kiçik və Orta Sahibkarlıgın İnkişaf Ağentliyi", "Xarici İnvestisiyalar Mərkəzi", "İqtisadi və Biznes İnformasiya Mərkəzi" "Azərbaycan Respublika Auditorlar Palatası" yaradılmışdı, Bu təşkilatlar sahibkarların investisiya layihələrini ekspertiza edir, onların həyata keçirilməsi üçün maliyyə yardımı ğöstərirdilər. Sahibkarlar üçün müxtəlif kurs və seminarlar təşkil olunurdu.


Vətəndaşların xarici banklarda saxlanılan pullarının Azərbaycanda investisiya qoyuluşuna cəlb edilməsi üçün 1995-ci ilin iyul ayında qəbul olunmuş Qanuna əsasən qoyulan vəsaitin mənbəyi haqqında məcburi təlimat alınması qadağan edildi. Prezident 1996-cı il iyunun 17-də və 1999-cu il yanvarın 7-də sahibkarların hüquqlarını müdafiə edən, onların fəaliyyətinə yersiz müdaxilənin və əsassız yoxlamaların qarşısını alan fərmanlar verdi.
Prezident 1996-cı ilin avqustunda sahibkarların nümayəndələri ilə ğörüşdü, vəziyyət müzakirə edildi. Onun 2002-ci il aprel ayının 25-də yerli, may ayının 14-də isə respublikada fəaliyyət ğöstərən xarici sahibkarlarla ğörüşü zamanı bu sahədə hələ də mövcud olan nöqsanlar, maneələr əhatəli araşdırıldı və az sonra dövlət məmurları ilə xüsusi müşavirədə bu sahədə müvafiq tədbirlər müəyyənləşdirildi. 2002-ci il avqustun 27-də Prezidentin sərancamı ilə Prezident yanında Sahibkarlar Şurası yaradıldı. Preziden Fərmanı ilə "Azəbaycan Respublikası sahibkarlıga Kömək Milli Fondu haqqında Əsasnamə" təsdiq olundu.


"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıga dövlət köməyi Proqramı (1997-2000-ci illər)" hazırlandı və qəbul olundu. 2002-ci ilin yayında "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıgın inkişafının Dövlət Poqramı(2002-2005-ci illər)" təsdiq edildi. Müəssisələrin dövlət qeydiyyatı işi sadələşdirildi, zonalar üzrə qeydiyyat mərkəzləri yaradıldı.


2002-ci ilin sentyabr ayında Prezidentin Fərmanı ilə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 240-dan 30-a endirildi və lisenziyaların fəaliyyət müddəti 5 ilə qaldırıldı. 2002-i il sentyabrın 10-da Azərbaycan Prezidentinin sahibkarlıgın inkişafı üçün əlverişli iqtisadi və hüquqi şərait yaratmaq məqsədilə "Azərbaycan Respublikasında sahibkarlıgın inkişafına dövlət himyəsi sayəsində əlavə tədbirlər haqqında" fərman verildi. Həmin il sentyabın 28-də "Sahibkarlıgın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Prezident Fərmanı imzalandı. Hüquq-mühafizə orqanlarının (məhkəmədən başqa) sahibkarlıq subyektlərinə müdaxilələri qadagan edildi. DİN-in İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi əgv olundu.


Kiçik və orta sahibkarlıgın inkişafına kömək üçün dövlət qarşıdaki üç ilə 250 milyard manat vəsait ayırdı. Bu məqsədlə 2002-ci ilin oktyabr ayında Dünya Bankının Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkşaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Bankı və s.maliyyə qurumları birlikdə Azərbaycan Mikromaliyyə Bankı təşkil etdilər.


İşküzar adamların fəaliyyətini tənzimləmək, onlara istiqamət, proqnozlar vermək məqsədilə Azərbaycanda və qabaqcıl xarici ölkələrdə qarşılıglı ticarət və sənaye palatarı və başqa təşkilatlar yaradılmışdı. "Amerika-Azərbaycan Ticarət Palatası", "Azərbaycan-İran Birğə İqtisadi, Texniki, Elmi və Humanitar Komissiyası", "Türkiyə-Azərbaycan Müştərək İqtisadi Komissiyası" təşkil olunmuşdu.


Respublikada sahibkarlıgın inkihşafına beynalxalq iqtisadi təşkilatlar də köməklik ğöstərirdilər. BMT-nin İnkişaf proqramı sənaye komplekslərinin inkişafı, yoxsuldugun aradan qaldırılması, qaçqın və köçkünlərin yerləşdirilməsi, işlə təmin olunması, həyat səviyyəsinin yuksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və başqa layihələrin hazırlanması və maliyyələşdirilməsində iştirak edirdi. Avropa Birliyi İqtisadi Komissiyası "TASİS" Texniki Yardım Proqramı respublika iqtisadiyyatında struktur dəyişiklikləri, sahibkarlıgın inkişafı, Avropa-Qafqaz-Asiya ticarət, nəqliyyat əlaqələrin inkişafına kömək üçün layihələr hazırlanmasında fəal iştirak edirdi. Bu proqram dairəsində KOSİA-SMEDA təşkilatı, habelə "Türk Sənaye İş Adamları Birliyi", "Türk İş Birliyi İnkişaf Ağentliyi" respublikada sahibkarlıgın inkişafına yardım ğöstərirdilər.


"Almaniya Texniki Əməkdaşlıq Təşkilatı" kənd təsərufatının özəlləşdirmək işləri üçün xüsusi layihə hazırlayıb Azərbaycana təqdim etmişdi.

İngiltərənin "Kayzer" firması ilə Sumqayıt Əlvan Metal İstehsalatı Biriliyinin müqaviləsi əsasında alüminium zavodu yenidən işə başladı. İtaliyanın "Porçeti SPA" firması ilə kontrakta əsasən natrium qələvisi istehsal edən müasir qurğular işə salındı. Səudiyyə Ərəbistanı firması ilə aşagı təzyiqli polietilen, polivinilxlorid istehsalı qurğuları yaradılması, "Polimer-120" qurğusunun, Yaponiya firmaları ilə etilen-propilen zavodunda "EP-300" qurğusunun yenidən qurulması və s.üçün başqa müqavilələr bağlandı. İtaliya firması ilə müqaviləyə əsasən Qaradağda yeni şin zavodu tikilməsi planlaşdırıldı. Suraxanı maşınqayırma zavodunda ABŞ-ın "Haylənd" firması ilə müştərək müəssisə yaradıldı və dünya standartlarına üyqun nasoslar istehsal edildi. Bakı maşınqayırma zavodunda ABŞ-ın "Red-Tul" firması ilə yaradılmış müştərək müəssisədə müasir texnoloğiyalara cavab verən qazma baltaları, Avstriya firması ilə birgə qazma qıfılları istehsal olunurdu. Bakı poladtökmə zavodu Türkiyə şirkəti ilə müştərək müəssisə yaradıb tikinti üçün armatur istehsalına başlamışdı. Bakı tütün kombinatı ABŞ-ın "Raynold Tobakko" və Türkiyənin "Star" firmaları ilə birgə müəssisə yaradıb istehsalatı modernləşdirmişdi, Xarici investisiya ilə Bakıda qurulmuş "European Tobakko-Baku" fabrikində artıq 2000-ci ildə 20 növ siqaret istehsal olunurdu. Türkiyənin "Polsan" şirkəti Azərbaycanda "Saro LTD" firması təşkil edərək Şri-Lankadan çay gətirib burada qablaşdırırdı. Bu ölkənin "İntersun" şirkətlər qrupu Bakı çayçəkmə fabriki ilə müştərək "Azərsun" müəssisəsi yaratmışdı. Fabrik əsasında "Məryam", "Final" və s.markalı çaylar istehsal edilməyə başlanmışdı. Türkiyənin "Pet Holdinq" şirkəti dəri fabriki, fındıq və qoz emalı müəssisəsi təşkil etmişdi. Bu şirkət ADNŞ ilə birgə müəssisə yaradaraq Neftçalada iki köhnə neft mədənini işlətməyə başlamış, buradaki hasilat xeyli artmışdı. İranın "Şibarra", Türkiyənin "Star" və digər şirkətləri respublikada tikinti işləri aparırdılar. Türkiyənin "BMS" sənaye və ticarət şirkəti Bakı avtomobil zavodu ilə birgə müəssisə yaradıb avtobus istehsalına başlamışdı.
İnvestisiya qoyuluşunun artması, iqtisadi struktur dəyişmələri sahibkarlığın inkişafına münasib imkanlar açırdı. 1993-cü ildə respublikada cəmi 300, 1997-ci ildə isə artıq 60 min özəl müəssisəsi vardı. Daxili mal dövriyyəsinin 75 faizə qədəri, xarici ticarətin 44 faizi bu müəssisəlsrin payına düşürdü. 

2002-ci ilin oktyabr ayınadək 36,2 minə qədər kiçik dövlət müəssisəsi, müəssisə obyekti və avadanlıgı, o cümlədən 9,5 mindən çox məişət xidməti, 2797 ticarət, 773 ictimai iaşə myəssisəsi, 552 yanacaqdoldurma obyekti, 700 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 337 tikinti təşkilatı, 181 yarımçıq tikinti, 14,7 mindən çox nəqliyyat müəssisəsi və vasitəsi, 119 aptek, 1,3 mindən çox qeyri-yaşayış obyekti və s.özəlləşdirilmişdi. 1463 orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdi. 100 mindən çox vətəndaş səhmdar, 140 mindən çox adam əmlak sahibi idi. 


2000-ci il avqustun 10-da özəlləşdirmənin İkinci Dövlət Proqramı qəbul edildi.

 

Özəlləşdirmənin daha səmərəli formaları tətbiq olunmaga başlandı. "Bakelektroqaynaq" Səhmdar Cəmiyyəti, Siyəzən broyler fabriki və s.üzrə investisiya müsabiqələri təşkil olundu. Strateji müəssisələrin özəlləşdirilməsi üçün maliyyə məsləhətçiliyi üzrə tenderlər keçirildə. Bir çox müəssisələr, o cümlədən "Azərbaycan-alüminium", "Bakelektrik-şəbəkə", "Siyəzən-broyler" və s.özəlləşdirildi. Prezidentin 2001-ci il 22 mart tarixli Fərmanı ilə kimya, neft-kimya, maşınqayırma, yanacaq-enerğetika kompleksi müassisələri, ADNŞ-in bəzi müəssisələri, o cümlədən neft bazaları , qaz zavodu, Sumqayıt aşqarlar zavodu. Azərkabel zavodu özəlləşdirilməyə başlandı. 2001-ci ilin payızınadək artıq respublikada dövlət müəssisələri bazasında 1275 səhmdar cəmiyyəti yaradılmışdı. Kənd Təsərrüfatı Nazirliyi üzrə 248, "Azəravtonəqliyyat" Dövlət Konserni üzrə 101, "Xidmət" Dövlət Konserni üzrə 95, Ticarət Nazirliyi üzrə 86, "Taxıl məhsulları" Dövlət Şirkəti üzrə 62, "Azəryeyintisənaye" Dövlət Şirkəti üzrə 55, "Xalq üçün mallar" Dövlət Konserni üzrə 47, "Azərsənayetikinti" Dövlət Şirkəti üzrə 29, Azərquşsənaye" Dövlət Şirkəti üzrə 32, "Sənaye-ticarət" Dövlət Konserni üzrə 31, "Azərkəndtikinti" Dövlət Şirkəti üzrə 22, Dövlət Neft Şirkəti üzrə 17, "Azərbalıq" Dövlət Konserni üzrə 10 müəssisə, səhiyyə üzrə 18, rabitə üzrə 9, metallurgiya üzrə 10, mənzil-kommunal təsərrufatı üzrə 4 belə təşkilat vardı. Beləliklə, iqtisadi özünütənzimləmə sisteminin yaranmasına münasib imkanlar açılır, rəqabət yaradılırdı. Məsələn, çörək magazaları və çörəkbişirmə müəssisələri özəlləşdirildikdən sonra çörək qıtlığı, uzun növbələr aradan qalxdı.


Prezident Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər mövcud iqtisadi böhranı aradan qaldırmağa, iqtisadi sabitlik yaratmaga və tərəqqiyə yol açmağa imkan verdi.


Ölkənin iqtisadiyyatına bütün mənbələrdən sərmayə qoyuluşu 1993-cü ildəki 29 milyard manatdan 2000-ci ildə 4,2 trilyon, 2001=ci ildə 5,7 trilyon manata çatdırıldı. 2002-ci ildə bu, 1 milyard 200 milyon dollar təşkil edirdi. Ümumiyyətlə, 1996-2002-ci illərdə iqtisadiyyata 12 milyard dollar investisiya cəlb olunmuşdu.
Respublikada bir çox yeni sənaye müəssisəsi, istehsalat, sex, qurğu işə salındı. 1993-cü ildə Bakıda çoxsaylı lövhələr istehsal edən "Peyk" zavodu, parket, plastik pəncərə fabrikləri işə düşdü.


1994-1995-ci illərdə neftqayırma zavodlarında qurğular modernləşdirildi. Qaz emalı zavodu yenidən quruldu.


Respublikanın maşınqayırma sənayesi müəssisələri xarici bazar olmadıgından profilini dəyişib respublika sənayesi və kənd təsərrüfatı üçün avadanlıq, texnika, ehtiyat hissələri istehsal etməyə başladılar. Müasir qazma baltası, qazma qıfıl, kultivator, toxumsəpən, kotan, nasos, reduktor, hidrodomkrat, çuqunsiyirmə istehsalı mənimsənildi. Minğəçevir yol maşınları təmiri zavodunda dənüyüdən dəyirmanlar, xəmiryoğuran maşınlar, qum mexanizmləri istehsalına başlandı. 1996-cı ildə Bakıda qoz-fındıq emalı, yağ, "Koka-Kola", 1999-cu ildə "Pepsi-Kola" sərinləşdirici içki zavodları açıldı. 1997-ci ildə Sumqayıt "Azərboru" İstehsalat Birliyində (keçmiş boru-prokat zavodu) hər biri 10 tonluq 5 yeni elektrik sobası quraşdırıldı. Burada nasos kompressor boruları ilə yanaşı, beynəlxalq standartlara uygyn Batters yivli qoruyucu boru istehsalı təşkil olundu. Avropada ən böyük, 150 tonluq marten sobası yenidən işə salındı. Sumqayıt və Gəncə alüminium zavodları, Daşkəsən alunit mədəni tədricən işə düşməyə başladı.


Kimya sənayesi müəssisələrində polietilen, kaustik soda, sulfat turşusu, alüminium-sulfat və s.istehsalı çoxaldı. Tullantılardan istifadə etməklə texniki soda, xam rezindən pnevmatik kabel və s.istehsalı mənimsənildi. Bakı kimya-əczaçılıq zavodu 119 adda, "Loğman" Səhmdar Cəmiyyəti 58 adda dərman preparatı istehsal edirdi.


1996-cı ildə Naxçıvan MR-də 18 min hektara yaxın sahənin suvarılmasına imkan verəcək Vayxır su anbarının inşası yenidən bərpa olundu (bir hissəsi 1983-89-cu illərdə tikilmişdi).
2002-ci ildə Şəmkir-Yenikənd Su-Elektrik Stansiyası, Abşeronda "Şimal" Dövlət Rayon Elektik Stansiyasının enerji bloku, 1 saylı Bakı İstilik-Elektrik Mərkəzində yeni qaz-turbin elektrik qurğusu, "Azərneftyağ" İstehsalat Birliyində bitum qurğusu və s., 2001-ci ildə "Kaspian-Fiş" balıq məhsulları istehsalı müəssisəsi, Bakı elektroqaynaq səhmdar cəmiyyətinin Bakı poladtökmə zavodu (Bakı elektroqaynaq zavodu bazasında) qaz zavodunda yeni, müasir emal qurğusu, İran vasitəsilə Naxçıvan MR-ə elektrik enerjisi tranzit etmək üçün 51 km-lik İmişli-Parsabad elektrik xətti və s. İşə salındı. Fəaliyyətini 1990-cı ildə dayandırmaga məcbur olmuş Şəki ipək kombinatı dövlətin yardımı ilə "Şəki-ipək" Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başladı. 2002-ci ilin yayında Bakıda dəmir yolları üçün dəmir-beton şpallar istehsal edən zavod işə düşdü.


Beləliklə, 1996-cı ildən respublikanın sənayesində tənəzzülün qarşısı alındı. Əğər 1991-1994-cü illərdə sənaye məhsulu istehsalı orta hesabla 20-24 faiz azalırdısa, 1997-2002-ci illərdə sənaye istehsalı 23,2 faiz artdı.


Respublikada iqtisadi tənəzzülün qarşısı 1995-ci ildə alındı. Dirçəliş başlandı. Əğər 1991-1994-cü illərdə ümumi daxili məhsul ildə orta hesabla 20-25 faiz azalırdısa, 1996-2000-ci illərdə 39 faiz artmışdı. 2002-ci ildə ölkədə 29,6 trilyon manatlıq (6,1 milyard dollar) ümumi daxili məhsul istehsal edilmişdi. 


20-21 əsrlərin qovşagında ölkə 123 xarici dövlətlə ticarət əlaqələri saxlayırdı. Xarici ticarət dövriyyəsi 1993-cu ildə 1 milyard 300 milyon dollar idisə, 2002-ci ildə bu, 3 milyard 833 milyon dollara çatmışdı. 2000-ci ildə ilk dəfə xarici ticarət dövrəyyəsində ixrac (63,3 faiz) idxaldan (36,7 faiz) çox olmuş, müsbət saldo yaranmışdı. İstehsal olunan malların miqdarının və keyfiyyətinin artması buna imkan vermişdi. İdxalda istehlak malları azalır, xammal, avadanlıq artırdı.


İqtisadi dirçəliş ölkənin maliyyə vəziyyətini xeyli yaxşılaşdırdı. 1996-2002-ci illərdə Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 2,2 dəfə artmışdı. 2003-cü ildə dövlət büdcəsi 1 milyard 200 milyon dollar həcmində (1994-cü ildəkindən 17 dəfə çox) müəyyən edilmişdi. Dövlət büdcəsinin kəsri durmadan azalırdı. 1996-cı ildə o, cəmi 3, 2001-ci ildə isə 0,3 faiz təşkil etmişdi.


Ölkənin valyuta ehtiyatları 2002-ci ildə 1 milyard 374 milyon dollara çatmışdı ki, bu da 1993-cü ildəkinə nisbətən 103 dəfədən çox idi.


Beləliklə, Prezident Heydər Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində Azarbaycan Respublikasının iqtisadiyyatı dərin bəhrandan, tənəzzüldən qurtardı. 

Daxildə siyasi sabitliyin təmin edilməsi, makroiqtisadi göstəricilərin sabitləşməsi, tənəzzülün cilovlanması, iqtisadi dirçəliş, respublikanın etibarlı tərəfdəş imicinin yüksəlməsi, xarici iqtisadi əlaqələrin, investisiya qoyuluşunun genişlənməsi, struktur və institusion dəyişikliklərə istiqamətləndirilmiş islahatların dərinləşməsi iqtisadi inkişafın dönmədən sürətlənməsinə şərait yaradırdı.

Hal-hazırda Heydər Əliyevin strateji siyasətinin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin iqtisadi və sosial inkişafı keyfiyyətcə yüksək səviyyədə davam etdirilir. 


Yeni mərhələdə ölkənin gələcək inkişafı konkret strateji məqsədlərlə xarakterizə olunur.Ölkə başçısı yaxın illər üçün qarşıya aşağıdakı yüksək məqsədləri müəyyənləşdirmişdir:
- sürətli sosial-iqtisadi inkşaf;
- yoxsulluğun səviyyəsini azaltmaq;
- işsizlik probleminin həlli;
- qeyri-neft sektorunun inkşafı;
- korupsiya ilə mubarizə;
- qloballaşma şəraitində dünya iqtisadiyyatına inteqrasiya.
Göstərilən əsas vəzifələrin ardıcıllıqla və sistemli həyata keçirilməsini təmin etmək üçün müvafiq məqsədli proqramlar, qanunlar və digər normativ hüquqi sənədlər qəbul edilmişdir.


2004 ilin sosial-iqtisadi inkişafının yekun göstəriciləri bu vəzifələrin uğurla yerinə yetirilməsindən xəbər verir.


Belə ki, Ümumi Daxil Məhsul (ÜDM) 2004 ildə 41,9 trln.manat (8,5 mlrd.dollar) çatmışdır. Adambaşına düşən ÜDM 1 041 USD təşkil etmişdir ki, bu da 2003 ilin göstəricilərindən 161 dollar çoxdur. ÜDM-da geyri-neft sektorun payı 69,4% olmuşdur və onun real artımı 13,7% təşkil etmişdir.


2004 ildə sənaye məhsulunun 57% qeyri-dövlət sektorunda istehsal olunmuşdur və bu sektorda real artım 6% təşkil etmişdir.


2004 ildə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış 
100 mlrd. manat tam istifadə edilmiş və müvəkkil kredit təşkilatları vasitəsilə ölkənin 53 şəhər və rayonu üzrə 1336 sahibkarlıq obyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilmişdir. Bu kreditlərin 44 mlrd. manatı sənaye məhsullarının istehsalına yönədilmişdir.


Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı çərçivəsində 2004 ildə 1024 müəssisə və obyekt özəlləşdirilmiş və 10 müəssisə səhmdar cəmiyyətə çevirilmişdir.
Azərbaycan Respublikasının 2004-cü ildə sosial-iqtisadi inkişafının əsas göstəriciləri son on bir ildə həyata keçirilən iqtisadi siyasətin yüksək səmərəliliyinin əyani sübutudur. Azərbaycan Respublikasının iqtisadi qüdrətinin, əhalinin həyat səviyyəsinin və müdafiə qabiliyyətinin durmadan artmasını təmin edən bu siyasət 2005-ci ildə də davam etdirilir. 

Neft-qaz sektoru / Qeyri neft sektoru / Aqrar sektor / Nəqliyyat / Bank sektoru

bottom of page