top of page
Düşüncə - Vaqif Mustafazadə
00:0000:00

CƏMİYYƏT

Təhsil / Səhiyyə / Elm / İdman / KİV

TƏHSİL

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq ölkədə icbari orta təhsil nəzərdə tutulmuşdur. Hər il dövlət büdcəsinin dorddə bir hissəsi təhsil sisteminin ehtiyaclarının ödənilməsinə yönəldilir. Bu sahədə 400 mindən artıq mütəxəssis çalışır. Hal-hazırda Azərbaycanda 1 mln. 690 min şagirdin təhsil aldığı 4561 orta məktəb fəaliyyət göstərir. Xüsusi istedada malik 84 min uşaq 225 ixtisaslaşdırılmış məktəbdə, o cümlədən 7 Gimnaziya və 33 liseydə oxuyur. 1790 müəssisə var ki, onlar məktəbəqədərki tərbiyə problemləri ilə maşğuldur. Onların fəaliyyət dairəsinə 111 min uşaq daxildir. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar çadır düşərgələrində, qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı məntəqələrdə fəaliyyət göstərən məktəblər təhsil sistemində xüsusi yer tutur. 

1999-cu ilin siyahıyaalmasının yekunlarına görə yaşı 15-dən çox olan əhalinin hər 1000 nəfərinə ali və tam orta təhsilli 758 adam düşür. Azərbaycanda savadlılıq səviyyəsi 98,8%, o cümlədən kişilər arasında - 99,5%, qadınlar - 98,2% təşkil edir. Ölkədə 30 dövlət ali məktəbi və 16 özəl ali məktəb var. Azərbaycan Respublikasında bakalavrlıq və maqistratura olmaqla, ikipilləli ali məktəb sisteminə keçid bütövlüklə təmin edilmişdir. Hər il Azərbaycanın ali məktəblərinə 20 mindən artıq tələbə qəbul olunur.Xüsusi orta və texniki-peşə təhsilin strukturu təkmilləşdirilməkdə davam edir. Qəbul üçün nəzərdə tutulmuş hər 100 yerə 275 ərizə verilir; tibb, iqtisad, humanitar ixtisaslara müsabiqə isə ənənəvi olaraq yüksəkdir. 


Ölkənin ali məktəblərində 100 mindən artıq tələbə təhsil alır. 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə hökümətin təsis etdiyi ilk fərmanlardan biri Dövlət Universitetinin yaradılması və gənclərin dövlət hesabına oxuması üçün onların xaricə göndərilməsi oldu.


Bakı Dövlət Universiteti - Azərbaycanda ilk ən nüfuzlu təhsil ocağıdır. Əvvələr onun yalnız iki: tibb və tarix-filoloji fakultələr var idi. Universitetin ştatında 44 müəllim vardı. Onlardan 12 nəfəri professor idi. Universitetin yaradılması çox çətinliklər bahasına başa gəlmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tapşırığı ilə universitet üçün Bakının mərkəzində bina ayrılmış, xaricdən dəvət olunan müəllimlərə maliyyə xərclərinin ayrılması ilə bağlı qərarlar qəbul edilmişdir.


İndii BDU-da 14 fakultə, 83 kafedra, maqistratura, aspirantura, və hazırlıq şöbələri, ən müasir texniki vəsait və avadadanlıqlarla təchiz olunmuş 118 laboratoriya var. Bir neçə il bundan əvvəl burada ilahiyyət fakultəsi açılmışdır. 

Azərbaycan Neft Akademiyası neft sanayesi sahəsində mütəxəssislər hazırlayan mötəbər ali təhsil mərkəzi kimi tanınır və bütün dünyada qəbul edilir. Akademiyanın əsasını 1905-ci ilin yanvarında Bakıda orta texniki məktəb kimi fəaliyyətə başlayan, 1919-cu ildən isə arxitektura - tikinti, elektromexanika və neft sənayesi olmaqla üç şöbədən ibarət Bakı Politexnik Məktəbi adı ilə fəaliyyət göstərən məktəb təşkil edirdi. 1920-ci ildə Nəriman Nərimanovun imzaladığı dekretə əsasən Bakı Politexnik Məktəbi ləğv edilmiş və onun əsasında neft sənayesi, elektrotexnika, tikinti, kənd təssərüfatı və sənayesi fakultələrindən ibarət Azərbaycan Sənaye İnstitutu yaradılmışdı. Ötən illər ərzində institutun adı bir neçə dəfə dəyişilmiş, burada yeni fakultə və kafedralar açılmışdır. Bu gün Azərbaycan Neft Akademiyası ölkənin ali təhsil ocaqlarının ilk sıralarında gedir. 

Yuxarıda adları çəkilənlərdən başqa, Azərbaycnda digər müxtəlif ixtisaslı:
Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Aviasiya Akademiyası və bu kimi bir çox digər dövlət və özəl ali təhsil ocaqları vardır.

1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə respublikanın təhsil sistemində islahatlara dair Dövlət Proqramı təsdiq olunmuşdur. Proqramın birinci mərhələsində vətəndaşların təhsil almaq hüquqlarının təmin edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, yeni dövrün tələblərinə uyğun olaraq təhsilin hüquqi, iqtisadi və məlumat bazasının yaradılması, təhsilin strukturunda islahatlar aparılması və onun yenidən qurulması nəzərdə tutulmuşdur. Növbəti mərhələ üçün təhsilin idarə olunmasında yeni modelin formalaşması, proqramın maddi-texniki, maliyyə, kadr, hüquqi bazasının təmin oluması sahəsində geniş miqyaslı islahatların həyata keçirilməsi nəzərdə tutulur.


Təhsil sahəsində Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, Çin Xalq Respublikası, Ukrayna, ABŞ, Almaniya, Fransa və digər bir sıra ölkələrlə dərin əlaqələr yaradılmışdır. 1997-ci ilin aprelində Azərbaycan Avropa regionundakı ali məktəblərin diplomlarının tanınması haqqında Konvensiyanı imzalamışdır. 

Azərbaycanda bu gün mövcüd olan təhsil sistemi, əlbəttə ki, əsas etibarilə sövet hakimiyyəti illərində təşəkkül tapmışdır. XX əsrin əvvəllərindəki milli oyanış hərakatı öncüllərinin bəyan etdiyi Avropa tipli milli məktəblərin qurulması ideyası öz kökləri ilə XIX yüzilliyin ortalarına gedib çıxır. Bu həmin o ideyadır ki, milli təhsil sisteminin yeni modelinin yaradılmasına gətirmişdi.


XIX-XX əsrlərin qovuşuğunda Bakını Qafqazın mərkəzinə çevirmiş ictimai - iqtisadi proseslər təhsil sahəsində böyük canlanmaya səbəb oldu. Görkəmli maarifpərvərlər - Qori müəllimlər seminariyasının məzunlarından Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyov, Həbib bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Firuddin bəy Köçərli ümumtəhsil islahatlarına güclü təkan verdilər. Bakı, Gəncə, Naxçıvan, Şuşa, Şəki, Salyan və digər şəhərlərdə yeni tipli şəhər və əyalət məktəbləri meydana gəldi. 

Şamaxıda Seyid Əzim Şirvani, Şuşada Mir Mövsün Nəvvab, Lənkəranda Mirzə İsmayıl Qasir, İrəvanda Kazım Əskərzadə ənənəvi təlimdən imtina edərək yeni təlim üsullarından istifadə edirdilər. Ənənəvi fənlərlə bir sırada tarix, rus dili, coğrafiya, təbiətşünaslıq da tədris olunurdu. 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin himayədarlığı ilə açılmış qadın qimnaziyası maariflənmədə müstəsna rol oynadı. Ali təhsil almaq üçün xarici ölkələrə gedənlərin sayı nəzərə çarpacaq dərəcədə çoxaldı: məhz onlar idilər ki, vətənə qayıdaraq Azərbaycanda maarifçilik ideyalarını dəstəkləyən qüvvələri öz ətraflarında birləşdirirdilər. Elə həmin maarifləndirmə ideyaları da bu fikirlərin daşıyıcılarının güc-qüvvət qaynağı olub, milli məktəblərin yeni modelinin yaradılması yolunda ən mürəkkəb problemləri ən qısa bir zamanda həll etmək imkanı verdi. Bu gün Azərbaycan məhz həmin ideyalara sədaqətini nümayiş etdirərək təhsil sistemini eyni zamanda dünya standartlarına uyğun bir şəkildə qurmaq üçün inamla islahatlar aparmaqdadır

Təhsil / Səhiyyə / Elm / İdman / KİV

bottom of page