"Şahdağ Turizm Mərkəzi" — Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Qapalı Səhmdar Cəmiyyət. Azərbaycanın ilk və ən böyük xizək kurortudur.
Atəşgah — XVII əsrdə atəşpərəst hindli tacirlər - parslar tərəfindən Bakının yaxınlığındakı Suraxanı kəndində inşa edilmiş məbəd.
Novruz bayramı — Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycanın Quba rayonunun kəndi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.
Kiş alban kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşir. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir.
Ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, özünəməxsus üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda süni dalğalar vasitəsilə qonaqlar sörfinqlə məşğul ola biləcəklər.
TURİZM
Marşrutlar / Otellər / Agentliklər / Avtomobil icarəsi / Nəqliyyat
TURİZM MARŞRUTLARI
Bakı və onun ətrafı
Bakı şəhərinin paytaxt statusu onun bir çox muzey, teatr, konsert salonu, mehmanxana, idman mərkəzləri, beynəlxalq sərgi, biznes toplantılarının əylənjə yerlərinin və d. səjiyyəli tədbirlərin mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Şəhərdə kifayət qədər yerli, Avropa, çin, tailand və digər mətbəxlərdə ixtisaslaşan müasir dizaynlı kafe və restoranlar fəaliyyət göstərirlər. Bakının tarixi hissəsi hesab olunan İçəri şəhərdə yerləşən Qız qalası, Şirvanşahlar sarayı kompleksi və qala divarları YUNESKO-nun Dunya İrsi Siyahısına daxil edilmişdilər. Şəhərin 20-ji yüzilliyin əvvələrində ujaldılmış memarlığı öz bədii üslub xüsusiyyətləri ilə turistlərin marağını özünə jəlb edir. Neft sənayesinin yüksəlişi və milli burcuazianın yarandığı dövrə təsadüf edən bu memarlıq Şərqlə Qərbin bədii ənənələrini birləşdirərək özünəməxsus bir üslubda tikilən bir sıra binalarla səjiyyələnir.
Bakının ətrafında da turistlər üçün bir sıra jazibədar obyektlər mövjuddur. Burada böyük miqdarda gözəl narın quma malik müasir çiməkliklər, qədim tarix və mədəniyyət obyektləri, təbiət abidələri sayılan palçıq vulkanları, yanar dağ və s. Vardır.
Lənkaran-Astara
Marşrut: Səlyan-Biləsuvar-Cəlilabad-Masallı-Lənkəran-Lerik-Astara.
Bu marşrut ölkənin cənub-şərq əyalətlərindən keçərək, əsas etibarilə Xəzər dənizinin sahili boyunca İran sərhədinə qədər uzanır. Bu marşrut ölkənin subtropik bölgəsindən Talış dağlarının ətəklərindən keçir. Bu reğion özünün uzunömürlü sakinləri, nadir (relikt) flora və fauna nümünələri, müxtəlif növlü quş və balıqdan ibarət özünəməxsus mətbəxi, zəngin folkloru və sənət nümünələri, təbiət, tarix və memarlıq obyektlərinin çoxluğu ilə xarakterizə edilə bilər. Bu ərazidə Şirvan və Hirkan milli parkları, Avropa ornitologiyası üçün çox kəsərli sayılan Qızıl Ağac qoruğu yerləşir. Marşrut özünün balneoloji və müalicəvi xarakterli obyektləri (mineral sular və vannalar), gözəl çimərlikləri, balıqçılıq və ovçuluq üçün əlverişli imkanları ilə məşhurdur.
Şamaxı-Zaqatala
marşrut: Şamaxı-İsmayıllı -Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən.
Ölkənin Şimal-qərb regionunu əhatə edərək Gürcüstan və Dağıstanla (Rusiya Federasiyası) sərhəd bölgələrindən keçir. Başlıca olaraq dağ əraziləri boyunca uzanan bu marşrut alp və subalp, meşə və yarımeşə zolaqları ilə səciyyələnir. Bu marşrutda böyük miqdarda dağ çaylarına, göllərə, hündür zirvə və yamaclara, mineral su və bulaqlara, şəlalə, mağara və digər füsünkar təbiət abidələrini muşahidə etmək mümkündür. Bu ərazilərdə Pirqulu, İsmayıllı, İlisu və Zaqatala qoruqları yerləşir. Eyni zamanda marşrut boyunca böyük miqdarda Qafqaz Albaniyası və erkən orta əsr dövrlərinə aid memarlıq və tarixi abidələr mövcuddur. Regionda indiyə qədər bir çox sənətkarlıq növləri yaşayıb inkişaf etməkdədir. Bu baxımdan Şəki şəhəri sözün əsl mənasında Azərbaycanın sənətkarlıq mərkəzi hesab oluna bilər. Bundan başqa Şəki sənətkarlarının hazırladıqları şirniyyat məhsulları bütün respublikada məşhurdur. Şamaxı şəhəri qədim Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Onun ətrafındakı ərazilər dağ turizmi və alpinizm üçün çox əlverişli hesab olunur. Şamaxıda eyni zamanda gözəl çaxırlar istehsalının qədim ənənəsi mövcuddur.
Mingəçevir-Gəncə-Qazax
Marşrut: Yevlax, Mingəçevir, Gəncə, Xanlar, Şəmkir, Gədəbəy, Tovuz, Aqstafa, Qazax.
Bütün bu region çox zaman Gəncəbasar adlandırılır. Bu ad coğrafi və tarixi baxımdın bölgənin ənənəvi mərkəzi hesab olunan Gəncə şəhəri ilə bağlı olub həmin ərazidə yerləşən şəhər və yaşayış məntəqələrinin hamısına şamil olunur. Gəncə hal-hazırda ərazisinə və əhalisinin sayına görə Azərbaycanın ikinci şəhəri sayılır. Bu məkan on ikinci yüzillikdə yaşamış dahi şair Nizami Gəncəvinin vətənidir. Gəncədə bir çox orta əsr memarlıq abidələrini seyr etmək mümkündür. Şəhərdə çoxlu muzey və teatrlar vardır. Müasir Gəncə respublikanın qərb regionunun sənaye mərkəzidir. Gəncə yaxınlığında öz gözəlliyinə görə Qafqazın mirvarisi sayılan Göy-göl yerləşir. Gəncədən təxminən 80 km aralı Mingəçevir şəhəri yerləşir. Burada 20 yüzilliyin 50-ci illərində inşa edilən Su Elektrik stansiyası demək olar ki, bütün Azərbaycanı elektrik enercisi ilə təmin edir. Həmin stansiyanın tikintisi nəticəsində yaranmış Migəçevir süni gölü yayda istirahət üçün çox yararlı olub, özünün gözəl çimərlikləri, balıq və quş ovu ilə şöhrət qazanmışdır. Gəncəbasar ərazisində Nafalan deyilən yerdə fəaliyyət göstrən myalicə mərkəzi və burada hasil olunan müalicəvi naftalan nefti qədim dövrlərində Yaxın və orta Şərqdə məşhur idi. Gəncəbasar bölgəsinin qərb əyalətləri olan Şəmkir, Gədəbəy, Tovuz, Aqstafa və Qazax özünün indiyə qədər saxlanılmış əsatiri adət, ənənələri və həyat tərzi ilə etnoqrafik turizmin inkişafı üçün çox əlverişli sayıla bilər. Bu region folklor sənətinin xüsusi növü olan aşıq sənətkarlığının başlıca mərkəzlərindən hesab olunur. Bunula yanaşı Aqstafa regionunda Qafqaz Albaniyası dövrünə aid olan mağara-məbədlər mövcuddur.
Naxçıvan
Marşrut: Naxçıvan, Ordubad, Culfa, Şərur, Şaxbuz, Kəngərli.
Naxçıvan Azərbaycanın tərkibinə daxil olan muxtar respublikadır. O ölkənin cənub-qərb hissəsində yerləşir və ölkənin əsas ərazisindən digər dövlətin torpağları tərəfindən ayrılmışdır. Azərbaycanın əsas torpaqları ilə əlaqəsi hava ilə təyyarə vasitəsilə və ya quru yolla İran ərazisindən həyata keçirilir.
Kiçik Qafqazın ən hundur zirvə və yüksəklikləri sanki regionun sərhədini əmələ gətirir. Naxçıvan Qafqazın ən qədim şəhərlərindən biri sayılır. Burada böyük miqdarda qədim arxeoloji, tarixi, mədəni və memarlıq abidələri mövcuddur. Bunlardan bəziləri Ordubad şəhəri və Gəmiqaya rəsmləri kimi kompleks xarakterli, digərləri isə Əlincə qalası, Qarabağlar türbəsi, Qazançı körpüsü kimi tək-tük abidələrdən ibarətdir. Bununla belə onların hamısı nadir tarixi və memarlıq abidələri olaraq regionda ulu və zəngin bədii ənənlərindən xəbər verirlər. Naxçıvan 12 yüzillikdə yaşayıb-yaratmış məşhur memar Əcəmi Əbu bəkr oğlu Naxçıvaninin vətənidir. Onun yaratdığı Möminə xatun və Yusif ibn Küseyr türbələri memarlıq tarixində özünəməxsus mövqeyə malik olan Naxçıvan memarlıq məktəbinin əsasını təşkil etmişdir. Naxçıvan ərazisində balneoloji əhəmiyyətə malik olan müxtəlif su və bulaqlar (Badamlı, Vayxır, Sirab) aşkar edilibdir. Burada həm də astma xəstəliyinin müalicəsinə yardım edən Duzdağ mağaraları də mövcuddur. Naxçıvan müasir dinamik inkişaf edən bir şəhərdir. Burada çoxlu muzey və teatrlar, sərgi salonları və təhsil ocaqları fəaliyyət göstərir.
Azərbaycanı ziyarət et - Azərbaycanın rəsmi turizm portalı: www.azerbaijan.travel.
Marşrutlar / Otellər / Agentliklər / Avtomobil icarəsi / Nəqliyyat