top of page
Düşüncə - Vaqif Mustafazadə
00:0000:00

CƏMİYYƏT

Təhsil / Səhiyyə / Elm / İdman / KİV

İDMAN

Milli Olimpiya Komitəsi

Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb. Həmin il yanvarın 14-də Komitənin təsis yığıncağı keçirilmişdir. Yığıncaqda Milli Olimpiya Komitəsinin Nizamnaməsi qəbul edilmiş, onun struktur orqanları yaradılmış və Yuri Hüseynov komitənin prezidenti seçilmişdir. 1992-ci il martın 10-da MOK Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək hüquqi şəxs statusu almışdır. Həmin ilin sentyabrın 11-də növbədənkənar MOK -un sessiyasında Məhəddin Allahverdiyev bu qurumun prezidenti seçilmişdir. 


1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsinin növbəti sessiyası keçirilmişdir. Sessiyada İlham Əliyev yekdilliklə MOK-un prezidenti seçilmişdir. 2001-ci ilin martın 24-də MOK İcraiyyə Komitəsinin iclası və Baş Məclisi keçirilmiş və İlham Əliyev yenidən bu qurumun prezidenti seçilmişdir. Milli Olimpiya Komitəsinin strukturu Baş Məclis, İcraiyyə Komitəsi, prezident və müvafiq komissiyalardan ibarətdir. 


Bundan başqa komitədə prezidentə tabe olan icra aparatı daimi fəaliyyət göstərir. İcra aparatına üç idarə daxildir: idman idarəsi, informasiya -nəşriyyat və əlaqələr idarələri.
 

www.noc-aze.org


OLİMPİADA VƏTƏNİNDƏN 5 MEDAL!

2004-cü il Afina Yay Olimpiya Oyunları Azərbaycan idmanı üçün daha bir tarixi zəfərlə yadda qaldı. Avqustun 13-dən 29-dək bütün bəşəriyyətin diqqət mərkəzində olan Olimpiada, 16 gün ərzində planetin hər bir nöqtəsində olduğu kimi, ölkəmizdə də böyük maraqla izlənildi. Dünyanın 202 dövlətindən 11 mindən artıq idmançının qələbə uğrunda mübarizə apardığı bu Oyunlarda Azərbaycan 38 idmançı ilə təmsil olundu. İdman həvəskarı olan da, olmayan da - demək olar , hər kəs bu yarışlara böyük maraq göstərdi. 

Xalqımız Yunanıstan paytaxtında keçirilən bu möhtəşəm yarışlarda idmançılarımızın mübərizəsini böyük həyəcanla izlədi. İdmançılarımız da öz növbəsində bu məsuliyyəti öz üzərlərində hiss edib mətinliklə mübarizə apararaq, dövlətimizi təmsil etdilər. 

Atlanta Olimpiadasında gümüş, dörd il sonra Sidneydə qızıl medal qazanmış sərbəst güləşçimiz Namiq Abdullayevin qızıl uğurunu Afinada digər pəvləvanımız, gənc Yunan-Roma güləşçimiz fərid Mansurov təkrarladı. 

Ölkəmizə gətirilən digər medalları isə atıcı xanımlarımızla boksçularımız qazanıblar. 

Tapançadan atəş açmaqla ölkəmizin ən sərrast atıcısı İradə Aşumova Yunanıstan paytaxtında 30 illik idman karyerası tarixində ən böyük arzusuna çatdı. Kiçik çaplı tapançadan 25 m məsafədə yerləşən hədəfə güllə atmaq yarışında İradə xanım 3-cü nəticə göstərdi. Amma səkkizlərin finalının ilk atışlarında idmançımız daha sərrast olsa da, son və həlledici anda cülləsi əsas hədəfdən yan keçdi. 

Dörd il bundan əvvəl, 2000-ci ilin sentyabrında Sidney qalibi Zemfira Meftəhəddinova bu dəfə Afina Olimpiadasının bürünc mükafatını qazandı. 

51 kq çəkidə yarışan boksçumuz Fuad Aslanov ilk görüşdə qalib gəldi: madaqaskarlı Jorje Cuve Rakotoarimbelo çəkisinin artıqlığına görə qələbə qazandı - 27:21. 1/4 finalında Polşa boksçusu Rzani Andrezyə 24:23 hesabı ilə qalib gəlməklə Olimpiadanın bürünc medalını özü üçün təmin etmişdir. Yarımfinalda qalib gələcəyi təqdirdə Fuad medalın əyarını dəyişə bilərdi. Lakin Fransalı Ceromi Tomasla keçən gərgin döyüşdə boksçumuz 18:23 hesabı ilə məğlub oldu. 

54 kq çəkidə yarışan Ağasi Məmmədov ilkin mərhələni erkən böyük üstünlüklü qələbə ilə başa vurdu. Maraqlıdır ki, avstraliyalı Cül Brükner yalnız 4-cü dəqiqədə Ağasidən ilk xalı qopara bilmişdi. Üçüncü raundda 20 xallıq fərqə (23:3) nail olan boksçumuz hakimlərin qərarı ilə vaxtından əvvəl qalib elan edildi. Ağasi növbəti mərhələdə bolqar Detelin Dalakliyevlə görüşünü də özünəxas üslübda aparıb, inamlı zəfər əldə etdi - 35:16.

1/4 finalında Ağasi Ukraynalı rəqibi Maksim Tretyaka əvvəldən sonadək aman verməyərək, görüşü parlaq zəfərlə başa vurdu - 32:20. Bu isə boksçumuzun ən azı bürünc medal qazanması idi. Yarımfinalda Tailand təmsilçisi Petçkom Vorapoca 19:27 hesabı ilə uduzan Ağasi mübarizəni dayandırmalı və bürünclə kifayətlənməli oldu. 

Beləliklə, Afinadan biri qızıl olmaqla, 5 medal qazanan idmançılarımız Vətənə qələbə ilə döndülər. 

Ümumiyyətlə, Afinada təmsil olunan 202 dövlətdən yalnız 75-nin təmsilçiləri medal qazana bildilər. Cəmi 54 ölkə isə qızıl qazana bildi.

İdman nailiyyətlərimiz
 

1994-cü ilin 26 iyununda Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. "İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, sz bunu daima hiss edəcəksiniz" - deyən ölkə başçısı, doğrudan da, idman tariximizdə misli görünməmiş səviyyədə nəailiyyətlərin qazanılmasına şərait yaratdı.

İldən-ilə idman uğurlarımız artdıqca beynəlxalq aləmdə Azərbaycanın nüfuzuda yüksəlməyə başlayır.

İdmançıların qələbə soraqları tez-tez dünya, Avropa çempionatlarından və beynəlxalq turnirlərdən gələn Azərbaycan bu sahədə inkişafın Azərbaycansürətinə görə nəinki keçmiş SSRİ respublikalarını və ölkəmizlə eyni vəziyyətdə olan ölkələri, hətta əskər Avropa dövlətlərini geridə qoyur.

XX əsrin sonlarında dünya idmanında olimpizmin geniş vüsət aldığı bir vaxtda, şübhəsiz ki, Azərbaycan bu mühüm cərəyandan kənarda qala bilməzdi. Ölkəmizdə Olimpiya hərəkatının inkişafında əsas mərhələ isə 1997-ci ildə, İlham Əliyevin Milli Olimpiya Komitəsi prezidenti seçilməsindən sonra başlandı. Milli Olimpiya Komitəsi dünya və Avropa idman təşkilatları ilə sıx əlaqələr yaratmaqla həm də respublikamızın beynəlxalq aləmdə tanıdılması üçün əvəzedilməz xidmətlər göstərdi.

Əsrin sonunu tariximizə qızıl hərflərlə yazan Sidney Olimpiyasına hazırlığa Ən tez məhz bizim ölkəmizdə başlanıldı. Prezident Heydər Əliyevin 20 fevral 1998-ci il tarixli sərəncamı ilə XXVII Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə təşkilat komitəsi yaradıldı. Beynəlxalq aləmdə ildən-ilə artan uğurlar Olimpiadaya ciddi hazırlıq getdiyindən və gələcək qələbələrdən xəbər verirdi. Bununla bərabər ölkə aləmdə ildən-ilə artan uğurlar Olipiyadaya ciddi hazırlıq getdiyindən və gələcək qələbərdən xəbər verirdi. Bununla bərabər ölkə idmanında daxili uğurlar da az deyil. 1998-ci ilin mayında Yeniyetmələrin Respublika oyunları, 1998-ci ildə Azərbaycan İdman Akademiyasının təsis edilməsi və s.

Ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən biri də beynəlxalq səviyyəli yarışların ölkəmizdə keçirilməsidir. Müstəqilliyimizin qısa dövrünə baxmayaraq, Azərbaycan artıq neçə-neçə beynəlxalq turnir və çempionatların keçirildiyi məkana çevirilib.

Sözsüz ki, hələlik Azərbaycan idmanının Ən parlaq dövru XX əsrin sonuncu ilinə təsadüf edir. Məhz 2000-ci ildə Azərbaycan hamını valeh edən möhtəşəm Olimpiya qələbələri qazandı. Zemfira Meftəhəddinova və namiq Abdullayev Olimpiya çempionu oldular, Vüqar Ələkbərov isə bürünc medala layiq görüldü. Bundan başqa daha 9 idmançımız Olimpiya Oyunlarının 10 ən güclü idmançısı sırasına daxil ola bildilər. Ölkə başçısı Olimpiya çempionlarını, habelə onların məşqçilərini mükafatlandırmaqla yanaşı Olimpiya Oyunlarının on Ən güclü idmançıları sırasına daxil olanları və digər iştirakçılarını da mükafatlara layiq gördü.

2000-ci ilin payızında ölkə idmanı üçün daha bir əlamətdar hadisə baş Verdi -MOK-un yeni Olimpiya Kompleksinin açılış mərasimi keçirildi. Beynəlxalq standartlara cavab verən bu kompleks idmanımızın bundan sonrakı inkişafı üçün böyük həmiyyətə malikdir.

2000-ci ildə Sidneydə həm də paralimpiyaçılarımız uğurla çıxış etmişlər. Onlardan Gündüz İsmayılov paurliftinq üzrə, Yelena Taranova isə atıcılıq üzrə gümüş medal qazanaraq ölkəmizdə idmana diqqətin nəticəsiz qalmadığını bir daha nümayiş etdirdilər.

Ötən əsri uğurla başa vuran Azərbaycan üçün yeni əsrin başlanğıcı da yadda qalan olub. Milli Olimpiya Komitəsinin yeni inzibati binasının açılış mərasimi keçirildi, bir müddət sonra isə burada ilk beynəlxalq tədbir - Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni əsrdəki ilk iclası keçirildi.

MOK Baş Assambleyası növbəti dəfə yığışaraq qarşıdakı 4 il üçün rəhbərliyini seçdi. İlham Əliyev yenidən yekdilliklə MOK prezidenti seçildi.

2015 Avropa Oyunları
 

2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna gədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə apardı. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olundu. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışdı.

Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan etdi. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirdi.

Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə apardı. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşdı.

Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutdu. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazadı. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazandı. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib oldu. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurdular.

az.baku2015.com

Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında

Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyada baş tutan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə 17 idman növündə təmsil olundu.

Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazandı. Azərbaycana medalları cüdo yarışlarında çıxış edən Rüstəm Orucov (gümüş) və Elmar Qasımov (gümüş), yunan-roma güləşi yarışlarında mübarizə aparan Sabah Şəriəti (bürünc) və Rəsul Çunayev (bürünc), həmçinin kanoe sprint idman növündə çıxış edən İnna Osipenko-Radomska (bürünc) və Valentin Demyanenko (gümüş), sərbəst güləşçilər Mariya Stadnik (gümüş), Nataliya Sinişin (bürünc), Hacı Əliyev (bürünc), Cəbrayıl Həsənov (bürünc), Şərif Şərifov (bürünc), Toğrul Əsgərov (gümüş) və Xetaq Qazyumov (gümüş), taekvondoçular Patimat Abakarova (bürünc), Milad Beigi (bürünc), Radik İsayev (qızıl) və boksçular Kamran Şahsuvarlı (bürünc) ilə Lorenso Sotomayor (gümüş) qazandırdı.

XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan Azərbaycan yığması medalların əyarına görə 206 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutdu. Azərbaycan həmçinin avropa dövlətləri sırasında 21-ci (sayında görə 7-ci), islam dövlətləri sırasında 4-cü (sayına görə 1-ci), sabiq Sovet İttifaqı dövlətləri srasında isə 6-cı (sayına görə 2-ci) yerdə qərarlaşdı. Azərbaycan məhz bu Olimpiya Oyunlarında tarixi ərzində ən çox medalı qazandı; 18 medal. Həmçinin sərbəst güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran birinci idmançı olaraq tarixə düşdü.

Bakıda Formula 1 yarışı
 

Azərbaycanda ilk dəfə təşkil olunan Formula 1 yarışından sonra keçirilən mükafatlandırma mərasimində 2016-cı il Formula 1 Avropa Qran Prisinin kubokları qaliblərə təqdim olundu.

Bu gün, çəkilən bir neçə illik zəhmətin və məsuliyyətin bəhrəsinin – parlaq günəşli Bakıda ilk dəfə baş tutan möhtəşəm Formula 1 yarışının şahidi olduq. 

Minlərlə insan Formula 1-in yeni vətəni Azərbaycana gələrək təntənəli açılış mərasiminə və sürət həddinin 360 km/saatı ötdüyü son dərəcə maraqlı keçən yarışa tamaşa etdi.

Beləliklə, Bakı Şəhər Halqası dünyada ən sürətli şəhər treki olduğunu təsdiq etdi!

Rosberqin bu qələbəsi Rusiyadakı yarışdan sonra əldə etdiyi ən yüksək nəticə və mövsümdəki beşinci qələbəsi oldu. Beləliklə, Rosberq pilotların cədvəlində öz komanda yoldaşı ilə arasında olan fərqi 24-ə çıxardı.

Bakı Şəhər Halqası: www.bakucitycircuit.com

 

2017 İslam Həmrəyliyi Oyunları
 

2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq idman oyunları. 2017 İslam Həmrəyliyi Oyunlarının 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulub. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

2014-cü ildə 24 iyul tarixində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası baş tutdu. Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin təqdimatı ilə çıxış etdi. Assambleya çərçivəsində "Bakı 2017" namizədlik kitabının təqdimatı olub. Daha sonra assambleyda səs vermə baş tutdu və tam yekdilliklə Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etmək hüququ qazandı.

www.baku2017.com

 

Təhsil / Səhiyyə / Elm / İdman / KİV


Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimi

 

bottom of page