top of page
Düşüncə - Vaqif Mustafazadə
00:0000:00

İQTİSADİYYAT

Neft-qaz sektoru / Qeyri neft sektoru / Aqrar sektor / Nəqliyyat / Bank sektoru

BANK FƏALİYYƏTİ

Azərbaycanda kredit -bank sisteminin yaranması 1874-cü ilə təsadüf edir. Sürətli inkişaf yoluna XIX- əsrin ikinci yarısından qədəm qoymuş Azərbaycanda xüsusən də onun baş şəhəri sayılan Bakıda ucuz kreditlərə tələbat çox kəskin bir şəkildə özünü biruzə verirdi. Belə bir şəraitdə 1874-cü ilin fevralın 28-dən Bakıda fəaliyyətə başlayan Bakı kredit cəmiyyəti Azərbaycanda ilk bank müəssisəsi olmaqla ölkədə kapitalist kredit sisteminin yaramasının əsasını qoydu. 1874-cü ilin ortalarında Bakıda ikinci bank müəssisəsi Dövlət bankının şöbəsi fəaliyyətə başladı. Bundan sonra bir-birinin ardınca bir sıra bankların şöbələri bakıda təşkil olundu. Bunlardan Bakı ictimai şəhər bankı, Tiflis kommersiya bankının şöbəsi, Don torpaq bankı, Bakı şəhər kredit cəmiyyəti və digər maliyyə-kredit müəssisələri təşkil olunmuşdur. 

Bundan bşqa Bakıda 5 bankir kontoru ( A.Q.Ələscərov, Q.M.Araulov, P.B.Haşımov, Q.N.Seydiyev və Ş.Z.Tağıyevin kontorları) da fəaliyyət göstərirdi. 

Kredit bank müəssisələrinin əməliyyatları Azərbaycanın digər regionlarında da yayılmaqda idi. 1896-cı ilin iyulun 1-dən Azov-Don səhmdar kommersiya bankı Gəncədə öz şöbəsini açdı. 

1897-ci il iyulun 1-dən Rusiya imperiyası ərazisindəki bütün xəzinələrinin üzərinə ən sadə bank əməliyyatlarını yerinə yetirmək vəzifəsi qoyuldu. Bundan sonra Şimali Azərbaycanda bank müəssisələri şəbəkəsi daha sürətlə inkişaf etməyə başlayır. Adları çəkilən xəzinələrin müəyyən hissəsi Azərbaycanda da fəaliyyət göstərirdi. Xəzinələr dövlət palatasına tabe idi. 

Hələ 1872-ci ildə Cənubi Qafqazda iki Tiflis və Bakı palataları təşkil olundu. Bakı palatası Bakı və Yelizavetpol quberniyasında, Dərbənd qradonaçalnikliyndə və Zaqatala dairəsində yerləşən 10 xəzinəyə rəhbərlik edirdi. 

Xəzinələrin bank funksiyalarının genişləndirilməsi onları tədricən bank tipli müəssisələrə yaxınlaşdırmaqla yanaşı, borc bank əməliyyatlarının, xüsusilə şərti və cari hesabların tətbiqindən sonra, ümumi inkişafına yardım etdi və həmçinin hər hansı kredit müəssisəsindən məhrum olan ucqar yerlərlə müxtəlif maliyyə əlaqələrini xeyli yüngülləşdirdi. 

Azərbaycanda fəaliyyət göstərən dövlət və səhmdar kommersiya bankları qısa müddətli kredit verirdilər. 

Veksel uçotu ilə yanaşı ölkədə mövcud bank və bank tipli müəssisələrin ikinci əsas fəaliyyət növü həm bilavasitə mallara, həm də malların nəqliyyat sənədləri əsasında borc vermək idi. Banklar neft və onun məhsullarına, düyüyə, pambığa, meyvə qurusuna və s. görə borc verirdilər. Kreditin bu forması getdikcə daha çox inkişaf edir və neft sənayesi ilə az bağlı olan bankların fəaliyyətinin əsas formasına çevrillirdi.

Dövlət və səhmdar torpaq bankları şəhər və kənd mülklərinin girov qoyulması müqabilində uzun müddətli borc verirdi. Bu tipli krelit-borc əməliyyatları XIX yüzilliyin 90-cı illərin başlanğıcından xeyli genişləndi. Azərbaycan torpaq sahiblərinə borc ən çox Tiflis zadəgan bankı tərəfindən Banklar neft və onun məhsullarına, düyüyə, pambığa, meyvə qurusuna və s. görə borc verirdilər. Kreditin bu forması getdikcə daha çox inkişaf edir və neft sənayesi ilə az bağlı olan bankların fəaliyyətinin əsas formasına çevrillirdi.

Dövlət və səhmdar torpaq bankları şəhər və kənd mülklərinin girov qoyulması müqabilində uzun müddətli borc verirdi. Bu tipli krelit-borc əməliyyatları XIX yüzilliyin 90-cı illərin başlanğıcından xeyli genişləndi. Azərbaycan torpaq sahiblərinə borc ən çox Tiflis zadəgan bankı tərəfindən verilirdi. 1898-ci ildə banklar Azərbaycandan ümumi sahəsi 16 min desyatin olan 17 mülk girov götürmüş və 304 min rubl məbləğində kredit vermişdilər. 

Kredit müəssisələri şəbəkəsi genişləndikcə, bank kapitalı cəmləşdikcə onun sənayenin müxtəlif sahələrinə, nəqliyyata, ticarət, əkinçiliyə və torpaq sahibliyinə müdaxiləsi də güclənirdi.Sbzsüz ki, kreditlərin daha güclü axını neft sənayesinə və onun məhsullarının alınıb-satılmasına yönəldilmişdir. 

Ölkə iqtisadiyyatının müxtəlif sahələri arasında əlaqələri gücləndirən banklar ödəmələr zamanı həyata keçirdikləri vasitəçi rolundan tədricən kapitalist təsərrüfat sisteminin mərkəzinə çevrilirdi. 

1909-cu ildən sonra Bakıda kredit-bank sisteminin yeni inkişaf mərhələsi başlayır. Bu dövr səhmdar kommersiya banklarının inkişayı ilə xarakterizə edilə bilər. Bu tipli banklar yüksəldikcə bank kontorları və digər tipli maliyyə kredit qurumlarının rolu heçə enməyə başlayır. 

Bununla belə həmin dövrdə Bakıda kredit verən Qarşılıqlı borcvermə cəmiyyəti, Şəhər borcvermə cəmiyyəti, xəzinəyə və xüsusi şəxsə məxsus olan şəhər lombardı kimi idarələr də faliyyət göstərirdi. 

Gəncə, Şuşa, Şəki, Lənkəran və Naxçıvan kimi ticarət-sənaye mərkəzlərində də kredit-bank sistemi inkişaf edirdi. 

Kommersiya bankları XX yüzilliyin əvvəllərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən kredit-bank sistemində əsas həlqə olmuşdur. 

Azərbaycanda mövcud bank-kredit sisteminin digər həlqəsi kiçik kredit (borcvermə) idarələri idi. Bu tipli qurumların təşkili istiqamətində Azərbaycanda ilk addımlar 1096-1907-ci illərdə atılmışdır. Bu Bakı və Yelizavetpol quberniyalarında Dövlət bankının quberniya komitələrinin yaradılması ilə bağlı idi. Lakin bu tapli müəssisələrin işi bir sıra obyektiv səbəblər ucbatından ləngiyirdi. Bu səbəbdən Azərbaycanda ilk kredit müəssisəsi yalnız 1908-ci ildə açıldı. Bununla belə bu tipli müəssisələr tez bir zamanda artmağa başlayaraq artıq 1913-cü il üçün 86 kiçik kredit müəssisəsindən ibarət idi. 

Ümumiyyətlə, birinci Dünya savaşından qabağkı müddətdə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə-sənaye, kənd təsərrüfatı və ticarətə hər il 100-150 milyon rubl bank kapitalı yönəlmişdi.

Bank kapitalı Azərbaycan iqitisadiyyatının bütün sahələrinə daxil olmuş, təsərrüfatı idarə etmək üsullarına, onun strukturunu, bütün pul münasibətlərinin mahiyyətini dəyişdirmiş, sənayedə, kənd təsərrüfatında və ticarətdə əmtəə təsərrüfatı və bazar münasibətlərinin inkişafını sürətləndirmişdir. 

Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920-ci illər) dövründə gənc respublikanın və onun vətəndaşlarının marağına xidmət edə biləcək maliyyə sisteminin mexanizmini dəqiqliklə işlənib hazırlanmasına tarix olduqca az bir vaxt ayırmışdır. Bununla belə milli hökümət ölkədəki maliyyə sisteminin nizamlılıq və infilyasiyanı cilovlamaq məqədilə bir çox zəruri tədbirlər görmüşdür. 

Sovet hakimiyyəti illərində digər təsərrüfat və sənaye sahələri kimi bank sistemi də milliləşdirilmiş və vahid Dövlət Bankı sisteminə daxil edilmişdir. Ancaq Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra respublikanın milli bank siyasətinin həyata keçirilməsi başlanır. 

Lakin müstəqilliyin ilk illərində milli bank sistemi iqtisadiyyatın digər sahələri kimi çox ağır günlər yaşayırdı. Belə ki, 1994-cü ildə Azərbaycanda infilasiyanın səviyyəsi 1886% çatmış, milli valyuta isə dövriyyəyə buraxıldığı vaxtdan 17 dəfə dəyərdən dşmüşdü. 13% çatan büdcə kəsri tamamilə Milli Bankın kreditləri hesabına maliyyələşdirilirdi ki, bu da iqtisadiyyatdakı hiperinflasiyanı gücləndirdi. Ölkədəki mikroiqtisadi vəziyyət fəlakətli xarakter alırdı. 

1994-cü ilin may ayında respublika rəhbərliyi maliyyə vəziyyətini sabitləşdirmək və yaxşılaşdırmaq məqsədilə ardıcıl olaraq bir qrup tədbirlər planını hazırlayaraq onu uğurla həyata keçirməyə başlamışdır. 

1994-cü ilin əvvəllərindən milli valyuta-manat respublika ərazisində yeganə ödəniş vasitəsi elan olundu. Respublika prezidenti işi həmin ilin 14 may tarixli Fərmanı ilə kredit siyasəti ciddiləşdirildi. Banklararası valyuta birjasının işi nizama salındı. 1995-ci ilin fevral ayında Prezident valyuta bazarının təşkili haqqında Fərman verdi, bundan sonra valyuta ehtiyatları bazar vasitəsilə tənzimlənməyə başlandı. Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı ilə müqavilələr bağlandı. Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına üzv oldu. Büdcə kəsirinin artmasına yol verilmədi. Manatın dollara nisbətən dəyəri möhkəmləndi, istehlak mallarının qiyməti artmadı, əksinə azalmağa doğru hərəkət etməyə başladı. İnflyasiyanın cilovlanması mühüm mikroiqtisadi göstərigi kimi iqtisadi tərəqqiyə , investorların cəlb olunmasına münasib imkanlar yaradırdı.

1997-ci ildən dövlət büdcəsi xərclərinin səmərərəli təşkili,iqtisadi idarəetmədə şəffaf mexanizmlər yaratmaq, maliyyə vəsaitlərinin məqsədli istifadə olunması məqsədilə maliyyə xəzinədarlıq sistemi qurulmağa başlandı. Baş və yerli xəzinədarlıq orqanları təşkil oldundu. 

Bununla belə iqtisadi tərəqqiyə nail olmaq və istehsalı inkişaf etdirmək məqsədilə respublikaya xarici sərmayələrin cəlb olunması üçün silsilə tədbirlər həyata keçirildi. Xarici kapitalı cəlb etmək məqsədilə "açıq qapı" siyasəti yeridilməyə başlandı. Xarici investorlara və kreditorlara təminat verən onları müdafiə edən qanunlar qəbul edildi. Fiziki və ya hüquqi şəxslər, respublikada qanunların dəyişdrilməsindən asılı olmayaraq, on il müddətində investisiyanı qoyduğu şərtlərlə işlətmək hüququ əldə etdi. Xarici səhmdarların gəlirlərinin repartasiay olunması haqqında da qanun qəbul olundu. Beynəlxalq Valyuta Fonu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Asiya inkişaf Bankı ilə əməkdaşlıq qurulub uğurla inkişaf etməkdədir. 

Beynəlxalq Maliyyə təşkilatlarının ayırdığı kreditlər ölkədə iqtisadi struktur dəyişikliklərinə, mühüm iqtisadi tədbirlərin həyata keçirilməsinə kömək etdi. Təkcə 1995-ci ildə Dünya Bankı Azərbaycana reablitasiya layihəsi üçün 65 milyon dollar kredit ayırdı.

Həmin bank 1997-ci ildə ölkədə 195 milyon dollar dəyəri olan altı böyük layihəsi maliyyələşdirdi. 

Beynəlxalq maliyyə təşkilatları ilə 1997-ci ildən Azərbaycana 700 milyon dollar həcmində kredit kanalları açılması haqqında razılıq əldə olunmuşdur. Təkcə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycana milyard 300 milyon dollardan çox kredit vermişdir. 

Ölkə iqtisadiyyatının dirçəldilməsi və inkişaf etdirilməsi üçün xarici investisiyalar cəlb etmək olduqca vacib idi. Respublikanın geniş iqtisadi, təsərrüfat və sənaye potensialı, eyni zamanda böyük investisiya imkanlarını təbliğ etmək məqsədilə 1995-2004-cü illərdə Bakıda və bir çox xarici ölkələrdə (Böyük Britaniya, Fransa, Türkiyə, Avstriya və digər) beynəlxalq biznes konfransları keçirildi. 

Qeyd olunduğu kimi ölkədəki maliyyə sisteminin sabitləşdirilməsində və möhkəmləndirilməsində ilk respublika bank sisteminin fəaliyyətinin nizamlanması və beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bu məqsədlə 1992-ci ildə "Azərbaycan Respublikasının Milli Bankı haqqında" və "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" qəbul olunmuş qanunlar 1996-cı ildə beynəlxalq standartlara uyğunluşdırmaqla yeni redaksiyada qəbul olunmuşdur. 

Bu qanunlara müvafiq olaraq Azərbaycan Milli Bankının əsas vəzifələrindən biri milli bank sisteminin təşəkkülü və inkişafı üçün etibarlı şəraittəmin etməkdədir. Qəbul olunmuş qanunlar Milli Bankın müstəqillik statusunu əhəmiyyətli dərəcədə möhkəmləndirdi və o yalnız ölkə prezidentinə tabe oldu. Bu tədbir Milli Banka bank islahatlarının aparılmasını sürətləndirmək daha fəal və çevik pul-kredit siyasəti yeritmək imkan verdi. 

Bank sisteminin köklü islahatı dörd iri dövlət bankının gələcəkdə özəlləşdirmək məqsədilə yenidən qurulmasından başladı. Özəl bankların islahatı sahəsində sistemli tədbirlər görüldü. Bu tədbirlər bank bazarında iqtisadiyyatın özəl sektoruna maliyyə xidmətləri göstərməsində onların rolunun yüksəldilməsinə yönəldilmişdir. Ən perespektivli özəl bankları müəyyən etəmk məqsədilə onların diaqnostikası həyata keçirilmiş, onlar müxtəlif meyarlar üzrə keyfiyyətcə qiymətləndirilmişlər. 

Problemləri olan banklara perespektivli banklarla birləşmək, onların kapitalını Azərbaycan Milli Bankının səmərəli qaydada müəyyən etdiyi həddə çatdırmaq, kredit birliiyinə çevrilmək kimi variantlar təklif olunmuş əks halda lisenziyaları geri alınmışdır. 

Son illərdə bankların sayı 4 dəfə azalmışdır. Bu bankların birləşməsinə, onların kapitallarının artmasına və daha iri, perespektivli maliyyə layihələrini həyata keçirməyə imkan vermişdir. Nəticədə bankların kapital bazası 22 dəfə, əhalinin bank sisteminə qoyduqları əmanətlər 8 dəfə, kredit qoyuluşu 3 dəfə artmışdır. 

Son illərdə bank infrastukturunun təkmilləşdirilməsi sahəsində də mühüm işlər görülməkdədir. 2000 -ci ildə Milli Bankın özündə aparılmış struktur dəyişiklikləri bank nəzarəti funksiyalarını daha səmərəli şəkildə həyata keçirməyə şərait yaratmışdır. Elektron ödəniş sisteminə keçid respublika daxilində banklararası ödəniş sistemini köklü dərəcədə yaxınlaşdırıb, ödənişlərin bir neçə saniyə ərzində həyata keçirilməsini mümkün etmişdir. Bank servisinin digər elementləri də uğurla inkişaf etməkdədir. Belə ki, bank xidmətinin müasir texnologiyalarının tətbiqi həyata keçirilir, hesablaşma bazarında həm yerli, həm də beynəlxalq plastik kartlarından istifadə olunur. Ölkədə "Azərkard" kimi ilk prosesli şirkət fəaliyyət göstərir. Şirkət beynəlxalq standartlara uyğun plastik kartlar buraxılmasını və prosesini həyata keçirir. 

Hazırda respublikada çox formalı bank sistemi təşəkkül tapır. Bank sistemində yerləşdirilmiş əmanətlərin ümumi həcmində özəl banklara qoyulan pulun sabit artımı baş veməkdədir. Hal-hazırda bank sistemindəki kapitalın ümumi həcmin in 2/3 hissəsi, kredit qoyuluşunun 34% və əmanətlərin 55% özəl bankların payına düşür. 

Bank sistemində aparılan islahatlar ölkədə xarici kapitalın da iştirakının fəallaşmasına imkan yaratmışdır. 

Xarici bankların filialları, habelə nizamnamə kapitalının 50%-dən çoxu əcnəbi tərəfdaşa məxsus olan müştərək banklar, bank sistemində sərbəst şəkildə iştirak edirlər. 

Dövlət banklarının restrukturizasiya prosesi ilə paralel olaraq özəl bank sektorunda aparılan dəyişikliklər bütövlükdə bütün bank sisteminin sağlamlaşdırılmasına təkan vermişdir. Artıq dövlət banklarının restrukturizasiyası başa çatmışdır. Hazırda respublikanın aparıcı dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı tamamilə özəlləşdirilməyə hazırdır. 

Qalan üç dövlət bankın fəaliyyətini dirçəldib daha səmərəli etmək məqsədilə yeni dövlət bankı yaradılmışdır. Beləliklə, sənaye-İnvestisiya, Aqrarsənaye və Əmanət səhmdar -kommersiya banklarının bazasında Birləşmiş Universal Səhmdar Bankı təsis olunmuşdur. 

Hazırda bu bankın fəaliyyətini təkmilləşdirmək və gələcəkdə onu özəlləşdirməyə hazırlamaq üçün tədbirlər görülür. Aqrar sahəyə maliyyə xidməti göstərilməsini genişləndirmək və fermer təsərrüfatlarını kreditləşdirmək məqsədilə kredit birlikləri deyilən qeyri bank kredit təşkilatlarının fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Hazırda respublikada 100-ə qədər kredit birliyi fəaliyyət göstərir. 

Son zamanlarda Azərbaycanda Maliyyə bazarının inkişafı, əsasən, qısamüddətli pul bazarının, dövlətin qısamüddətli maliyyə ehtiyaclarını ödəyən Qısamüddətli Dövlət İstiqrazları (QDİ) bazarı, real sektorun tələblərini ödəyən qısamüddətli bank kreditləri bazarı, banklararası kredit və depozit bazarı, habelə valyuta bazarının inkişafı ilə müəyyən edilir. 

Valyuta bazarı istər aparılan əməliyyatların həcminə, istərsə də təkmillik dərəcəsinə görə maliyyə bazarının ən inkişaf etmiş seqmentidir. Sivil valyuta bazarının yaradılması sahəsində əldə edilmiş nailiyyətlərdən biri respublikada xarici valyutanın milli valyutaya və əksinə, nağdsız və nağdlı sərbəst dönərliyinin səmərəli mexanizminin fəaliyyət göstərməsidir. Bu, xarici iqtisadi fəaliyyət subyektlərinə, xarici sərmayəçilərə, rezident olmayan digər təsisatlara göstərilən xidmətin səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir edir. 

Eyni zamanda qısamüddətli dövlət qiymətli kağızlar bazarı da nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Qısamüddətli Dövlət İstiqrazları (QDİ) 1996-cı ilin sonundan fəaliyyətə başlamışdır. 

Fəaliyyətinin ilk illərində bu bazarda əsasən, ödəmə möhləti 30 gün olan qısamüddətli istiqrazlar yerləşirdi. Son vaxtlar isə yerləşdirmə müddəti artıq 90-92 gün təşkil edir. Axır illərdə bu bazarda yerləşdirilən istiqrazların həcmi əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 1996-cı ildə cəmi 44 milyard manat həcmində istiqraz yerləşdirmişdisə, artıq 2000-ci ilin yekunlarına görə ilkin QDİ bazarında 344,6 milyard manat məbləğində istiqraz yerləşdirilmişdir. 

Bankların iqtisadiyyatda funksional rolunun artması kredit və depozit bazarının sürətli inkişafını şərtləndirir. Bank sistemində yerləşdirilən depozitlərin həcminin artması və nəticə etibarilə bankların iqtisadiyyatının real sektorunu maliyyələşdirilməsinin genişlənməsi müşahidə olunur. Son illərdə banklarda depozitlərin həcmi 7 dəfə, kreditlərinin həcmi isə müvafiq olaraq 3 dəfə artmışdır. 

Miili maliyyə bazarının əsaslı inkişafında Bakı Fond Birjasının fəaliyyətə başlamasının böyük əhəmiyyəti olmuşdur. Hazırda burada QDİ-nin ilkin yerləşdirilməsi ilə yanaşı, respublikanın bir sıra aparıcı koorporasiya, cəmiyyət və banklarının səhm və digər qiymətli kağızları da alınıb satılır. 

Hazırda ikinci dövlət özəlləşdirmə proqramı qəbul olunaraq həyata keçirilməkdədir. Bu proqram çərçivəsində respublikanın orta və iri müəssisələrini səhmləşdirmək qaydası ilə özəlləşdirmək nəzərdə tutulur. Həmin müəssisələrin səhmlərinə həm yerli, həm də xarici özəl və institusional investorlar böyük maraq göstərirlər. Şübhəsiz ki, "blue chips" kateqoriyalı müəssisələrin özəlləşdirilməsi yaxın gələcəkdə kooperativ qiymətli kağızlar bazarının inkişaf prosesini əsaslı şəkildə sürətləndirəcəkdir. 

Maliyyə sisteminin ardıcıl və davamlı inkişafı daha çox respublka rəhbərliyinin uzaqgörən siyasəti sayəsində Azərbaycanda əldə edilmiş ictimai-siyasi sabitliklə bağlıdır. Daxili maliyyə sabitliyini qoruyub saxlamaq üçün fövqaladə tədbirlərin işlənib hazırlanması və gerçəkləşdirilməsi respublika rəhbərliyinin daimi nəzarəti və qayğısı altında olmuşdur. 

Belə ki, yaxın illərdə Azərbaycan Respublikası neftin ixracından milyardlarla ABŞ dolları gəlir götürəcəyi gözlənilir. Azərbaycan iqtisadiyyatının həcmcə böyük olmadığı nəzərə alınarsa bu həcm valyuta və pul sahəsində sabitliyi pozucu təsir göstərə bilər. Bunun qarşısını almaq və ölkə iqtisadiyyatını "holland sindromundan" (iqtisadiyyatın təksahəli inkişaf modeli) hifz etmək məqsədilə Azərbaycanda neft fondu yaradılmışdır. İlkin Azərbaycan neftinin ixracından əldə olunan gəlirlər, Xəzər şelflərindəki neft yataqlarının işlənilməsində iştirak edən xarici şirkət konsorsiumlarının köçürülməsi bu fondda toplanır. Neft fondunun yaradılmasının başlıca məqsədlərindən biri gələcəkdə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf etdirilməsi üçün sanballı maliyyə bazarı yaratmaq və infrastrukturu modelləşdirməkdir. 

Bundan əlavə, neft fondu avtomatik şəkildə valyuta bazarından yan ötərək, neftdən əldə edilən dollarların kütləvi axınını sterilləşdirməyə, bununla da, manatı revalvasiya edə biləcək güclü əlavə xarici valyuta təklifi mənbəyini aradan qaldırmağa imkan verəcəkdir. 

Miili Bank respublikada strateji planlaşdırma proqramını işləyib hazırlayan mərkəzi iqtisadi orqanlar arasında birinci yer tutur. Bu sənəd Azərbaycan Milli Bankını daha çevik və müasir tənzimləyici iqtisadi təşkilata çevirmək məqsədini daşıyır. O, Azərbaycan Milli Bankının mərkəzi bankın hamılıqla qəbul olunmuş klassik funksiyalarını yerinə yetirməkdən daha çox mükəmməl iqtisadi struktur olmaq siyasətini əks etdirir. Strateji palnlaşdırma proqramı müddəalarının gerçəkləşdirilməsi pul-kredit sahəsində proseslərin idarə olunması mexanizminin səmərəliliyini kökündən yaxşılaşdıracaq, siyasi tədbirləri istər qısamüddətli, istərsə də uzunmuddətli xarakter daşıyan daxili iqtisadi və qlobal proseslərlə sıx şəkildə uyğunlaşdırmağa imkan verəcəkdir. Bütün bunlar, şübhəsiz, pul-kredit və valyuta siyasətinin məqsəd və vəzifələrinə nail olmağa yönəldilmişdir. 

Beləliklə, 2001-2004-cü illər üçün strateji inkişaf planının işlənib hazırlanmasından başlıca məqsəd səmərəli idarəetmə mexanizmi, o cümlədən monetar idarəetmə mexanizmi, Azərbaycan Milli Bankına bütövlükdə makro-iqtisadi idarəetmədə fəal iştirak imkanı verən çevik institusialstruktur yaratmaqdan ibarətdir. Bu məqsədlə respublikanın müxtəlif tənzimləyici iqtisadi qurumları ilə qarşılıqlı fəaliyyətin konkret sxemləri nəzərdə tutulmuşdur. 

Respublikanın maliyyə sisteminin qarşısında duran planların gerçəkləşməsində konkret fəaliyyət sahələri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və insan ehtiyatlarının inkişafı mühüm rol oynayır.

 

Neft-qaz sektoru / Qeyri neft sektoru / Aqrar sektor / Nəqliyyat / Bank sektoru

bottom of page