top of page

MƏDƏNİYYƏT

Ədəbiyyat Musiqi / Təsviri sənət və dekorativ sənət / Memarlıq / Teatr və kino  / Xalçaçılıq / Muzeylər

ƏDƏBIYYAT

Ərəb işğalı nəticəsində Xilafət tərkibinə qatılmış Bütün ölkələrdə olduğu kimi VIII yüzililn əvvəllərində Azərbaycanda da rəsmi dövlət dilinin ərəb dili olması , bu dilin tabe edilmiş xalqların ünsiyyət vasitəsinə çevrilməsi , onun çox keçmədən ədəbi-elmi yaradıcılıqda da hakim dil olmasına gətirib çıxartdı. Lakin əhalisinin çox böyuk faizi türk-dili olan Azərbaycan ərazisində ictimai- siyasi və əxlaqi fikirlərlə zəngin folklor da mövcud idi. Məzmun və deyim etibarilə müsəlmaçılıqdan əvvələ aid atalar söszləri , zərb-məsəllər və başqa ədbi nümunələr sırasında el ozanı Dədə Qorqudun dili ilə söylənilən dastanlar daxa çox şöhrət qazanmışdı. Tədqiqatçıların "Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası" adlandırığı bu oğuz dastanı şifahi şəkildə VI-VIIIəsrlərdə formalaşmağa başlamış , VII-IX əsrlərdə tam təşəkkül tapmışdır.


Maraqlı burasıdır ki, tarixçi Əbu Bəkr əd-Davadari (XIV əsr) öz xronikasında VI əsrdə Sasani hökmdarı Ənuşirəvanın vəziri Buzurq ELM, MAARİF, ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT CƏBHƏNİN XİDMƏTİNDƏ. ORDUYA ÜMUMXALQ KÖMƏYİ.


Yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar öz əsərləri vasitəsilə insanlarda vətənə məhəbbət, düşmənə nifrət hissi aşılayır, faşist işğalçıları üzərində qələbəyə inam yaradırdılar.
Yazıçı və şairlər-Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Səid Ordubadi, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Osman Sarıvəlli, Məmməd Rəhim, Zeynal Xəlil, Əhməd Cəmil, Mirvari Dilbazi, Nigar Rəfibəyli, Cəfər Xəndan, Tələt Əyyubov və başqaları çağrış məntəqələrində, ordu hissələrində, müəssisə və idarələrdə insanları vətənpərvərliyə, qələbəyə səsləyən müxtəlif tədbirlərdə, mərasimlərdə fəal iştirak edirdilər.


Yazıçıların vətənpərvərlik mövzusunda bədii əsərlər məcmuəsi çap olundu. S. Rəhimovun, M. Ordubainin, M. Paşayevin, H. Mehdinin, Ə. Məmmədxanlının, Y. Şirvanın və b. bu mövzuda əsərlərindən ibarət 
 

III FƏSİL. Mədəniyyət


ƏDƏBİYYAT


XIX yüzilliyin birinci yarısında ölkənin ədəbi həyatında da müəyyən bir canlanma baş verir. Azərbaycan ədəbiyyatında böyük və çoxəsərlik tarixə malik olan milli ədəbi ənənələr davam və inkişaf etdirilir. Eyni zamanda yeni ideya yeni-təmayüllər təşəkkül tapır, yəni ədəbi cərəyanların ilk əsasları qoyulur.
Yüzilliyin birinci yarısı Azərbaycan ədəbiyyatının mühüm bir qolunu klassik romantikpoeziya təşkil etmişdir. A.Bakixanov, M.Ş.Vazeh, Q.Zakir,M.B.Nədim, Ə.Nəbati, Kazım ağa Salik kimi istedadlı şairlər orta əsr Azərbaycan və ümumən Şərq klassik romantik ədəbiyyatının görkəmli nümayəndələrinin, xüsusən dahi Azərbaycan şairi Füzuli.


ƏDƏBİYYAT, ELM VƏ İNCƏSƏNƏT


XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı da olduqca çoxcəhətli idi. Bu dövrün ədəbiyyatında çox mühüm hadisə o idi ki, ədəbiyyatda xalq kütlələrinin azadlıq istəyi, inqilabi hərəkatın güclənməsi, milli şüurun güclü oyanışı ilə əlaqədar olaraq tənqidi realizm aparıcı istiqamətə çevrilmişdir. Bu istiqamətin əsas meyli mütləqiyyətin müvcud dövlət quruluşunu ifşa etməkdən, qabaqcıl ictimai ideyaları yaymaqdan ibarət idi.
Realist Azərbaycan ədəbiyyatında xalq mövzusu mərkəzi yer tuturdu. Realistlər zəhmətkeşlərin həyatını olduğu kimi işıqlandırmağa çalışır, xalqın ən yaxşı oğullarının obrazını yaradır, onların vətənpərvərlik və qəhrəmanlıq ənənələrini əks etdirir, xalqı azadlıq mübarizəsinə çağırırdılar. Realist ədəbiyyat ailə probleminə, qadınların hüquqsuzluğu, maarifin təbliği, cahilliyin fanatizmin tənqidinə və s. məsələlərə böyük diqqət yetirir, onları mühüm ictimai-siyasi cəhətlə sıx əlaqədə nəzərdən keçirirdi.


XX əsrin əvvəllərində realizmi Azərbaycanın klassik ədəbiyyatının qabaqcıl ənənələrinə və şifahi xalq yaradıcılığına əsaslanırdı. XX əsrin realist yazıçıları Xaqani və Nizaminin, Füzuli, Vaqif və Axundovun irsinə yaradıcı surətdə müraciət edir, bu klassiklərin ədəbiyyata gətirdikləri müsbət və qabaqcıl ideyaları qəbul edirdilər. Onlar eyni zamanda Şərq, rus və Qərbi Avropa ədəbiyyatını öyrənir, Homerin, Firdovsinin, Xəyyamın, Sədinin, Hafizin, Şekspirin, Puşkinin və Qoqolun yaradıcılığına müraciət edirdilər. Amma ədəbiyyatda rus ədəbiyyatının təsiri ilə yaranan meyllər özünü daha qabarıq şəkildə büruzə verirdi.
Azərbaycan tənqidi realizminin korifeylərindən biri M. F. Axundovun realist ənənələrini davam etdirən Cəlil Məmmədquluzadə publisist fəaliyyəti ilə yanaşı, bir sıra parlaq bədii əsərlər yaratmışdır.


ƏDƏBİYYAT. İNCƏSƏNƏT


Sovet hakimiyyəti, kommunist partiyası kütlələrin bədii sərvətlərə yiyələnməsini özlərinin ideoloji fəaliyyətlərində məqsədyönlü başlıca vəzifə kimi elan etmişdirlər. "İncəsənət xalqa" şüarı nəzərdə tuturdu ki, incəsənət xalqa məxsus olmalı, "sosialist idealogiyası" qanadı altındı onun mənəvi cəhətdən maariflənməsini, tərbiyələndirilməsini təmin etməlidir.
Azərbaycanda yeni bədii mədəniyyət quruculuğu yollarının axtarışı zamanı zəngin milli ənənə və yeniliklərin münasibətindən meydana çıxan ciddi problemlər kəskin mübahisə və müzakirələr törədirdi. Ancaq müzakirələr azad, demokratik şəraitdə getmirdi, partiya təzyiqi altında hakim ideologiyaya tabe ruhda həll edilirdi. Bununla belə, qədim humanist köklərə söykənən Azərbaycan ədəbiyyat və incəsənətinin mütərəqqi cəhətləri özünə yol açır, xalq və onlara yiyələnməyə cəhd göstərirdi.


Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi: www.nizamimuseum.az.

Ədəbiyyat Musiqi / Təsviri sənət və dekorativ sənət / Memarlıq / Teatr və kino  / Xalçaçılıq / Muzeylər

bottom of page