top of page
Düşüncə - Vaqif Mustafazadə
00:0000:00

MƏDƏNİYYƏT

Ədəbiyyat Musiqi / Təsviri sənət və dekorativ sənət / Memarlıq / Teatr və kino  / Xalçaçılıq / Muzeylər

MUZEYLƏR

Azərbaycan muzeyləri — Azərbaycan ərazisindəki muzeylər. Hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir.

Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət MuzeyiniAzərbaycan İstiqlal Muzeyini göstərmək olar.

Azərbaycanda möhtəşəm muzeylərə Şəki Xan sarayını, Qobustan qayalıqlarını, Şirvanşahlar kompleksini, Möminəxatun məqbərəsini, eləcə də Şuşa şəhərini göstərmək olar.

Bu gün Azərbaycanda 180-ə yaxın muzey var. İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. AMEA-nın Tarix muzeyi ötən əsrin 20-ci illərindən millətin ixtiyarına verilib. Maraqlıdır, bu muzey məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir. Həmin binanın özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də Tarix muzeyinə bəzən "Muzey içində muzey" deyirlər. Fərəhli haldır ki, dövlətin xüsusi qayğısı nəticəsində bu qədim muzey yüksək səviyyədə bərpa və təmir edilərək yenidən öz qapılarını seyrçilərin üzünə açmışdır. Ölkədə muzey işinin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən lazımi tədbirlər görülür. Yalnız Bakıda deyil, regionlarımızda da yerləşən muzeylərdə əsaslı yenidənqurma və təmir işləri aparılır.

Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" 2006-cı il 18 dekabr və "Müasir İncəsənət muzeyinin yaradılması haqqında" 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Prezident milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək artan iqtisadi potensialın tempinə uyğun olaraq mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmasını, fəaliyyət göstərməsini, millətə xidmət etməsini zəruri sayır.

Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti də özünü göstərməkdədir. Bu, bir tərəfdən maddi-mənəvi abidələrin mühafizəsi üçündürsə, digər tərəfdən də inkişaf edən, gündən-günə gözəlləşən məmləkətimizin hər bir mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə həyata qaytarılması, bərpa edilməsi və yaşamasıdır.

Prezident İlham Əliyevin 2007-ci il martın 6-da "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" imzaladığı Sərəncamda deyilir: "Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək üçünE Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlansın". Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti təşkilatlar dövlət başçısının göstərişinə əsasən Azərbaycanda muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında müvafiq olaraq yenidən qurulması və onun bütün ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılması yolunda işə başladılar.

Həmin sərəncama əsasən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət muzeyinin müasir tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdir.

Bu günlərdə dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət muzeyinin təməlqoyma mərasimi olmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyilə inşa olunacaq bu bina çox qeyri-adi bir formada - bükülmüş xalçanı xatırladacaq şəkildə inşa olunacaqdır. Ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq üçmərtəbəli binanın birinci qatında Şərq salonu, kitabxana, elmi xalçaçılıq toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, ikinci qatda mərasimlər və audiovizual təqdimatlar salonu, üçüncü qatda isə sərgilər keçiriləcəkdir. Binanın zirzəmisində arxiv, anbar, laboratoriya və başqa şöbələr yerləşəcəkdir. Açıq havada heykəllərin və xalçaların nümayişi üçün də sərgi nəzərdə tutulmuşdur.

Təməlqoyma mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, YUNESKO-nun Baş direktoru Koişiro Matsuura, eləcə də YUNESKO-nun digər xoşməramlı səfirləri iştirak edirdilər. Mərasimdə geniş nitq söyləyən Prezident İlham Əliyev dedi: "Xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir hissəsidirE Azərbaycan xalçası öz gözəlliyi, keyfiyyəti ilə həmişə seçilmişdirE Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərində və şəxsi kolleksiyalarda saxlanılırE Əfsuslar olsun ki, Azərbaycanda Xalça muzeyi uyğunlaşdırılmış binada yerləşirdi və əlbəttə ki, Bakıda gözəl Xalça muzeyinin tikintisi böyük zərurət idi. Mən çox şadam ki, bu gün bu böyük işə başlayırıqE Ümid edirəm ki, qısa müddət ərzində Azərbaycan xalçasına xas olan, gözəlliyi ilə seçilən Xalça muzeyi tezlklə tikilib başa çatacaqdır".

YUNESKO-nun Baş direktoru Koişiro Matsuura Azərbaycanın milli sərvəti olan xalçaçılığın qorunmasına və inkişafına göstərilən qayğıdan razılıq edərək bildirmişdir: "Mən yeni tikiləcək Xalça muzeyinin çox gözəl layihəsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Mən burada fotoşəkilləri seyr etdim, eyni zamanda maketlərlə tanış oldum. Deyə bilərəm ki, tikiləcək Xalça muzeyi Muğam Mərkəzi ilə tam ahəngdar formada olacaqdır. Azərbaycan xalçaları həmişə hər zaman mənim çox ürəyimcə olubdurE Prezident Heydər Əliyevin YUNESKO-ya hədiyyə kimi təqdim etdiyi çox böyük və gözəl Azərbaycan xalçası daimi olaraq binamızda nümayiş etdirilir".

Ədəbiyyat Musiqi / Təsviri sənət və dekorativ sənət / Memarlıq / Teatr və kino  / Xalçaçılıq / Muzeylər

bottom of page