top of page
Düşüncə - Vaqif Mustafazadə
00:0000:00

MƏDƏNİYYƏT

Ədəbiyyat Musiqi / Təsviri sənət və dekorativ sənət / Memarlıq / Teatr və kino  / Xalçaçılıq / Muzeylər

MEMARLIQ

Arxeoloji qazıntılar nəticəsində aşkar edilmsiş abidələr ən qədim çağlardan Azərbaycanda inşaat texnikasının və memarlığın inkişafı haqqında məlumat verir. Başlanğıcını mağara yaşayış məskənlərindən alan qazma damların təkmilləşməsi sonralar geniş yayılmış ağacdan pilləvarı örtüklü mənzil tipində əksini tapmışdır. Azərbaycanın qədim ev tiplərindən olan qaradamların səciyyəvi özgünlüyü onların örtük konstruksiyası idi. İçərisində ocaq yandırıldığından divarlarıni his basmış ("qaradam" adı da buradandır) qaradamlarda tüstü çıxması və işıq düşməsi baca qoyulurdu. Bütün arxeoloji çağları keçən Azərbaycan memarlığı ictimai həyat biçimlərinin inkişafı ilə bağlı idi. Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri-kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılmışdı. Kiçik Qafqaz dağlarının ətəklərində və Azərbaycanın digər yerlərində tez-tez təsadüf edilən siklop tikililər özəllikcə maraq doğurur. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhəri yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ö. 2-1-ci minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycan ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilmişdir.


Azərbaycan ərazisində Manna dövlətinin təşəkkülü (e.ö. 9-7 yüzilliklər I), daha sonralar güneydə Atropatena dövlətinin yaranması ilə bağlı, şəhərlər əmələ gəlmiş, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdi. Həsənli rayonundakı abidələr kompleksi, eləcə də Urmiya gölü sahilindəki qaydalarda çapılmış sərdabaların tədqiqi göstərir ki, 7-ci yüzillikdən eyvanlı mənzil tipi təşəkkül tapmışdı. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları (müqəddəs odun saxlandığı yer) dövrümüzədək gəlib çatmışdır. Bu dövrdə yaranmış memarlıq tipləri Azərbaycan memarlığının sonrakı inkişafına, eləcə də Əhəmənilər dövründə İranın və ön Asiyanın digər ölkələrinin memarlığına əhəmiyyətli təsir göstərmişdir. Atəşpərəstliyin yayılması ilə bağlı yaranan ibadətgahlar (atəşgədələr) islamdan öncə tikilmiş əsas dini binalar olmuşdur. Qafqaz Albaniyası dövründə (e.ə. 4-cü yüzilliyindən - eramızın 7-ci yüzilliyinə qədər şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi ("uzun divarlar"), Çıraqqala (6-cı yüzilliyik), Ləkit kəndindəki dairəvi xristian məbədi (5-6-cı yüzilliklər), Qum kəndindəki bazilika (təqr. 6-cı yüzillik), Mingəçevirdəki məbədlər kompleksi (7-ci yüzillik) və s. bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Dəvəçi rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb, Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istekam tikililərinin inkişafı haqqında geniş təsəvvür yaradır.
Ərəb istilasından ( 7-ci yüzillik) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir. Erkən feodal şəhərlərinin formalaşmasında möhtəşəm qala divarları ilə əhatələnmiş içqalaların mühüm əhəmiyyəti vardı. feodal hakimlərinin sarayları yerləşən içqalaların ətrafında "şəhristan" adalanan yaşayış məskənləri salınır, burada iri inzibati və ictimai binalar tikilirdi. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilirdi. Bunlardan indiki İsmayıllı rayonu ərazisində şalınmış Cavanşir qalası (təqribən 7-ci yüzillik) və Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (5-8-ci yüzilliklər) diqqəti özəllikcə cəlö edir.


Ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycanın ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynamışdır. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndlərində 4-5-ci yüzilliklərə aid tikili qalıqları, Şəki rayonunun Böyük Gəldək kəndində Govurqala (6-cı yüzillik), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (4-8-ci yüzilliklər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta yüzillər), Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində Alban kilsəsi (I yüzillik), Sos kəndində (IV yüzillik), İatsi kəndində (5, 7 və 8-ci yüzilliklərə aid 4 məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (5-ci yüzillik), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çıldıran (12-ci yüzillik) kəndlərində, eləcə də Yuxarı Qarabağın başqa bölgələrindəki Susanlıq (4-6-cı yüzilliklər), vanq (9-cu yüzillik), Traxtik (1094), Tsakuri (1131), Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100), Xaçmaç (1100), Xantsk (1122), Xndzristan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə olunmuşdur.

Arran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (13-cü yüzillik) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı üzərindəki 3 körpü (12 
16-17-ci yüzilliklərdə Azəraybanın Təbriz, Ərdəbil, Bakı, Gəncə, Şamaxı və Naxçıvan kimi iri şəhərləri haqqında tarixi qaynaqlarda geniş məlumat verilir. 

Dadaşov S., Useynov M., Nizami dövrü Azərbaycan memarlığı abidələrinin ümumi icmalı ŞƏHƏRSALMA

Azərbaycanda şəhərsalma sənəti qədim dövrlərdən bəllidir. Nerodot, Strabon və b. qədim müəlliflərin əsərlərində Azərbaycanın inkişaf etmiş zəngin şəhərləri haqqında məlumat verirlər. Ancaq qədim şəhərlərin arxeoloji cəhətdən zəif öyrənilməsi onların memarlıq-plan quruluşunu təsvir etmyə, əsas şəhərsalma ünsürləri, abadlaşdırma özəllikləri və inkişaf sürəti barəsində mühakimə yürütməyə imkan vermir.


Ərəb işğal dövründə və sonralar Azərb. şəhərlərinin özünəməxsus xüsusiyyətləri - onları birləşdirən ticarət yolları, şəhərlərdə istehsal olunan məmulatlar, ayrı-ayrı hallarda isə tikililərin xarakteri haqqında ərəb coğrafiyaşünasları məlumat verirlər. Sənətkarlıq və ticarətin inkişafı karvan yollarında yerləşən şəhərlərin böyüməsi ilə sıx bağlı idi. Bu baxımdan Bərdə, Dərbənd, Ərdəbil, Marağa, Urmiya, Təbriz, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan şəhərləri 7-11 yüzillərdə əhəmiyyətli yer tuturdu. Vaxtilə Bərdə, Marağa, Ərdəbil, Naxçıvan, Gəncə, Təbriz, Şamaxı və s. şəhərlərdə zərb olunmuş sikkələrin Hindistan, Misir, İsveç, finlandiya və İngiltərədə tapılmış orta əsrlərdə Azərbaycanın bu ölkələrlə geniş ticarət əlaqələrini göstərir.


Azərb. şəhərləri erkən feodflizm dövrünün Şərq şəhərləri üçün ümumi olan təşəkkül və inkişaf prosesi keçirmiişdir. Bu dövrdə şəhərlər 3 əsas hissədən ibarət idi: 1) şəhərin əsas hissəsi olan şəhristan, yaxud içərişəhər; 2) içqala; 3) şərq ölkələrində 
Belə evlərin həyət tərəfində iri şüşəbəndli qalereyalar tikilirdi. İqtisadiyyatın inkişafı və sənayenin yaranması sənaye müəssisələri tikintisinə geniş təkan verdi. Quzey Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra yeni tipli tikililərin meydana gəlməsi memarlığın inkişafında mühüm əhəmiyyət kəsb elədi. 19-cu yüzillik ortalarında teatr, məktəb, xəstəxana kimi yeni binalar, yaşayış evləri tikildi. Kapitalist istehsal münasibətlərinin yaranması və yayılması Azərbaycan memarlığının sonrakı inkişafına önəmli təsir göstərdi. Azərbaycan memarlığında müşahidə olunan yeni təzahürlər Bakının tikintisində özünü daha aydın göstərdi. Artıq 19-20-ci yüzilliklərin ayrıcında neft sənayesinin sürətli inkişafı dövründə Bakı-Rusiya imperyasının iri şəhərlərindən birinə çevrilmişdi.


Bu dövrdə Azərbaycan memarlığı iki yöndə - yaşayış məskənlərinin memarlıq-plan quruluşunda mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. Yerli memarlar və xalq ustalarının inşa etdikləri binaların kompozisiya quruluşunun əsasını ənənəvi memarlıq formaları təşkil edirdi. 19-cu yüzilliyin 2-ci yarısında Azərbaycan milli memarlığı daha çox dini və mədəni-məişət binaları ilə təmsil olunurdu. Yerli memarlarla yanaşı, Avropa memarlıq məktəbinin (əsasən, Peterburq Mülki Mühəndislər İnstitutunun və İmperator Rəssamlıq Akademiyasının) yetişdirmələri də fəaliyyət göstərirdilər. Avropa memarlığından gələn üslubaşdırma və eklektikaya qarşı dura biləcək milli memarlığın geniş şəkildə dirçəldilməsi üçün bu çağda Azərbacyanda müvafiq şərait yox idi. Mülki tikililərdə Avropa memarlığının möhkəmlənməsi və peşəkar milli memarlıq kadrlarının çatışmaması Azərbaycan memarlığında milli üslubun geniş inkişafına imkan vermirdi. Buna görə də memarlıqda milli formaların hər hansı bir tətbiqi faktı, milli memarlığın inkişafı və təbliği baxımından böyük əhəmiyyətə malik idi. Bu isə yalnız dini və mədəni-məişət binalarının tikintisində özünü göstərirdi. Buna baxmayaraq, o zaman yerli milli memarlıq məktəbinin tikililəri geniş vüsət almadı, öz yerini müxtəlif yad üslub və axınlara verdi. 19-20-ci yüzilliklərin ayrıcında eklektika və üslublaşdırmanı yeni forma axtarışları və memarlıqla konstruksiyanın yaxınlaşdırılması cəhdləri əvəz etdi. 


Bakıda memarlar N.A. fon Der Nonne, İ.V. Qoslavski, Z. Əhmədbəyov və N.G. Bayevin layihələri ilə xəstəxanalar tikilmişdi. Bakıdakı tədris müssisələrindən Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi Qızlar Məktəbi (indiki Respublika Əlyazmaları İnstitutunun binası, 1898-1901, memar İ.V. Qoslovski), eləcə də 
1924-27-ci illərdə A.P. İvanitskinin rəhbərlik etdiyi qrup Bakının sonrakı inkişafının baş planını işləyib hazırladı. Keçmiş SSRİ-də ilk baş planlardan olan
Ərəb işğal dövründə və sonralar Azərbaycan şəhərlərinin özünəməxsus xüsusiyyətləri - onları birləşdirən ticarət yolları, şəhərlərdə istehsal olunan məmulatlar, ayrı-ayrı hallarda isə tikililərin xarakteri haqqında ərəb coğrafiyaşünasları məlumat verirlər. Sənətkarlıq və ticarətin inkişafı karvan yollarında yerləşən şəhərlərin böyüməsi ilə sıx bağlı idi. Bu baxımdan Bərdə, Dərbənd, Ərdəbil, Marağa, Urmiya, Təbriz, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan şəhərləri 7-11-ci yüzilliklərdə əhəmiyyətli yer tuturdu. Vaxtilə Bərdə, Marağa, Ərdəbil, Naxçıvan, Gəncə, Təbriz, Şamaxı və s. şəhərlərdə zərb olunmuş sikkələrin Hindistan, Misir, İsveç, finlandiya və İngiltərədə tapılmış orta əsrlərdə Azərbaycanın bu ölkələrlə geniş ticarət əlaqələrini göstərir.
Azərbaycan şəhərləri erkən feodflizm dövrünün Şərq şəhərləri üçün ümumi olan təşəkkül və inkişaf prosesi keçirmiişdir. Bu dövrdə şəhərlər 3 əsas hissədən ibarət idi: 1) şəhərin əsas hissəsi olan şəhristan, yaxud içərişəhər; 2) içqala; 3) şərq ölkələrində 
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra şəhərsalma işləri yeni əsaslar üzrə aparıldı. Qədim şəhərlərin yenidən qurulması, yeni sənaye mərkəzlərinin yaradılması, rayonların planlaşdırılması məsələləri ön plana çəkildi. Bu dövrdə Bakı, Gəncə, Naxçıvan və b. iri şəhərlər yenidən quruldu, Şəki, Yevlax, Şamaxı, Zaqatala və s. şəhərlərin əvvəlki siması dəyişdi, Sumqayıt, Daşkəsən, Əli Bayramlı kimi yeni sənaye mərkəzləri yaradıldı.
1925-27-ci illərdə Bakının baş planı işlənib hazırlandı və həyata keçirilməyə başladı (layihə müəllifləri A.P. İvanitski, V.N. Semyonov, L.V. İlyin). A.P. İvanitskinin rəhbərliyi ilə hazırlanmış bu layihə Moskva və Sankt-Peterburq şəhərlərinin baş planından sonra iri şəhərlərin inkişafı üçün tərtib edilən ilk layihələrdən idi. Müəyyən çatışmazlıqlarına baxmayaraq, Bakının ilk baş planının bir sıra qiymətli məziyyətləri vardı. A.P. İvanitski, V.A. və A.A. Vnsninlərin layihəsi ilə Razin (indiki Bakıxanov), Montin qəsəbələri, həmçinin şəhərin yeni yaşayış rayonu olan Məmmədyarov qəsəbəsi salındı. 1934-37-ci illərdə memar L.A. İlyinin rəhbərliyi ilə Bakının yeni baş planı tərtib edildi. Planda Abşeron tikililərinin prinsipləri, Bakının şəhər peyklərinin yeri (məs., Sumqayıt) dəqiqləşdirildi. 30-cu illərdə şəhərin mərkəzi rayonlarının yenidən qurulması və abadlaşdırılması ilə yanaşı, çoxlu yaşıllaşdırma işləri aparıldı, parklar, bağlar və bağçalar salındı. 1918-ci ildə Bakıda mövcud olmuş 10,3 ha yaşıllıq sahəsi 1940-cı ildə 360 ha-ya çatdırıldı. 1938-ci ilədək Bakıda 850 min mənzil sahəsi, 99 məktəb binası, çoxlu uşaq bağçası, körpələr evi, ictimai binalar tikilib istifadəyə verilmiş, Şollar-Bakı su kəməri genişləndirilmiş, daha güclü kanalizasiya xətti, elektrik dəmir yolu çəkilmiş, şəhər qaz yanacağı ilə təmin edilmişdi.
Bu illərdə respublikada aparılan tikinti işləri bir sıra şəhərlərin memarlıq siamsını əhmiyyətli dərəcədə dəyişdi. Köhnə şəhərlərin genişləndirilməsi və yenidən qurulması ilə yanaşı, yeni şəhərlər (Yevlax, Xaçmaz, Sabirabad və s.) və şəhər tipli yaşayış məskənləri meydana gəldi. Azərbaycanıın ikinci sənaye və mədəni mərkəzi olan Gəncənin memarlıq siması dəyişdi. Sənaye tikintisi geniş inkişaf etdirildi, sənaye müəssisəlri yaxınlığında fəhlə qəsəbələri salınmağa başladı. Şəhərin özündə isə abadlıq və yenidənqurma işləri aparıldı. 30-cu illərdə tramvay xətti və qaz kəməri çəkildi. Mənzil fondu 1926-cı ildən 1940-cı ilədək 2 dəfədən çox artdı. 1939-cu ildə şəhərin baş planı layihələndirildi (memarlar A.P. Slobodyanik, S. Qocamanlı). Əsasən İkinci Dünya müharibəsindən sonra həyata keçirilən baş planda şəhərin tarixən formalaşmış plan quruluşu nəzərə alınır, onun kompoziysiya mərkəzini tarixən formalaşmış baş meydan təşkil edirdi. Gəncənin əsas yaşaış massivi Gəncəçayın sahillərində yerləşir. Bunlardan dəmir yol stansiyalarına doğru yeni yaşayış rayonları salınmışdır. Şəhərin mərkəzi meydanı Cümə məscidi ilə birgə öz əhəmiyyətini saxlayır, burada tikilmiş yeni inzibati və yaşayış binaları, meydanın ansamblını tamamlayır. Gəncəçayın sahili abadlaşdırılır və yaşıllaşdırılır.
Azərbaycanın qədim şəhərlərindən olan Naxçıvan şəhəri böyüyərək Naxçıvan MR-ın abad paytaxtına çevrilmişdir. Birmərtəbəli gilmöhrə evlərin yerində iri binalar tikilmiş, yaşayış və ictimai binalardan ibarət geniş meydanlar salınmışdır.
Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərində ictimai binalar, pedoqoji institut, kənd təsərrüfat texnikumu, tibb və musiqi məktəbləri, muzeylər, kitabxanalar tikilmiş, mərkəzində isə yaraşıqlı meydan - bağ ansamblı salınmışdır.
Şəki şəhərinin memarlıq siması əhəmiyyətli dərəcədə dəyişmiş, burada İpək Kombinatı (onun yanında isə fəhlə qəsəbəsi salınmışdır), fabriklər, SES, məktəblər, mədəniyyət müəssisələri, uşaq müəssisələri, yeni yaşayış evləri tikilmişdir.
Azərbaycanın kənd rayonlarında da geniş miqyasda inşaat işləri aparılır, hətta kiçik və uzaq kəndlərdə belə məktəblər, mədəni-məişət binaları tikilir.
Mingəçevir su qovşağının tikintisi, Daşkəsən və Zəylik yataqlarının istifadəyə verilməsi, Sumqayıt boru-yayma zavodunun inşaası yeni şəhərlərin salınması, geniş miqyasda mənzil tikintisi aparılması üçün imkanlar açdı. Daşkəsən şəhəri filiz mədənlərinin yaxınlığında, yüksək dağlıq yerdə salınmışdır. Ərazinin relyefi şəhərin plan quruluşunu müəyyənləşdirdi (memar S. Vahidov). Şəhərin inzibati binalardan ibarət mərkəzi ərazinin ən hündür hissəsində yerləşir. Buradan enişə doğru ayrılan maili küçələr terras sistemi əmələ gətirir. Relyefin gözəlliyi və yerli inşaat materiallarının, o cümlədən mərmərin bolluğu şəhərin özünəməxsus memarlıq simasının yaranmasına səbəbə olmuşdur. Mingəçevir su qovşağının sahilində salınmış və sonralar böyüyüb şəhərə çevrilmiş Mingəçevir qəsəbəsi qısa müddətdə yaşıllığa büründü, burada geniş küçə və xiyabanlar, çoxlu yaşayış evləri, idman bazası və ictimai binalar meydana gəldi. Şəhərin plan quruluşu düzbucaqlı küçələr şəbəkəsi, ictimai mərkəz, yaşayış və sənaye sahələri ilə səciyyələnir.
Abşeronun cənubunda, Bakı yaxınlığında Güney Qafqazın ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri salındı. Yeni şəhər sürətlə böyüməyə başladı. Çoxlu yaşayış evi, uşaq bağcaları, körpələr evi, mədəniyyət müəssisələri və digər binalar şəhərin əsas magistrallarını formalaşdırdı. Sumqayıtın memarlıq simasında sənaye qurğuları da əhəmiyyətli yer tutur.


Müharibədən sonrakı ilk illərdə Bakının inkişafı onun mərkəzi hissəsinin yenidən qurulması ilə səciyyələnir. Küçə və meydanlarda aparılan abadlaşdırma işləri ilə yanaşı, yeni ansambllar yaradıldı. Nizami meydanı ansamblı tikilib başa çatdırıldı. Ansamblın kompozisiya mərkəzini dahi şairin abidəsi (1949, heykəltaraş F. Əbdürrəhmanov) təşkil edir. Hökumət evinin (1952) tikilməsi ilə Bakının baş meydanının formalaşmasının əsası qoyuldu. Respublika Stodionunun tikilib başa çatması (1952) və onun qarşısında geniş meydan salınması şəhərin şimal-şərq hissəsinin plan quruluşunun formalaşmasına səbəb oldu. Bu illərdə şhərin Dağlıq hissəsinin tikilməsi sahəsində geniş tədbirlər həyata keçirildi. 1948-ci ildə Dağlıq ərazinin plan layihələri işlənib hazırlandı. 240 ha sahəni əhatə edən Dağlıq rayonunun kompozisiya özəyini Azərbaycan Respublika EA şəhərciyi kompleksi (1951-66) təşkil edir. Bu dövrdə Cənubi Sovet və Şimali Sovet (indiki Nərimanov) meydanları ansambllarının əsası qoyuldu. Tikintinin sənayeləşdirilməsi, yaşayış evlərinin kütləvi inşaatı tikinti işlərinin geniş və boş ərazilərdə aparılmasını tələb edirdi. Bakıda boş ərazilərdən istifadə edilməsi şəhəri yarımdairəvi şəkildə əhatə edən sahələrdən başlandı. Buraya 
 

Ədəbiyyat Musiqi / Təsviri sənət və dekorativ sənət / Memarlıq / Teatr və kino  / Xalçaçılıq / Muzeylər

bottom of page