AZƏRBAYCAN EVİ
Haqqımızda / Mədəni fəaliyyət / Qafqaz xalçası / Nəşrlər
QAFQAZ XALÇASI
Daha çox Qafqaz xalçası adı altında tanınan Azərbabycan xalçası dünyanın bu guşəsinin tarixinin ve ruhunun ən parlaq təsviridir.
Xalça hər bir zaman sülh niyyətini və əlaqəni təmsil etmişdir. Eyni zamanda xalça öz minillik kökləri və adətlərindən fəxr hissi duyan bu xalqın gündəlik həyatının ən qiymətli əşyalarından biridir.
Azərbaycan xalçasının ən gözəl sənətkarları böyük mərkəzlərdə cəmləşmişlər : Qubada, Şirvanda, Bakıda, Gəncədə, Qazaxda, Qarabağda. Onların yaradıcılıqlarının bəhrəsi olan işləri bir növ mənəvi vəsiyyət təşkil edir : öz rəsmi, işlətdiyi boyalar və rəmzlər vasitəsilə sənətkar öz dünya görüşünü əks etdirir.
Bu əl sənətinin ənənəsi məhz xalçanın Azərbaycan ruhu və mədəniyyətinin mühüm tərkibi hissəsi olduğuna inanan şəxslərin sayəsində qorunub saxlanıla bilib. UNESCO-nun təşkil etdiyi Azərbaycan Xalçası sərgisində iştirak edərək bizim cəmiyyət keçmiş və müasir sənətkarların şah əsərlərini və, həmçinin, Azərbaycan xalqının minillik həyat tərzini, ahəngdar mövcudiyyatını və dünya qavrayışını tanıtdırmışdır.
Azərbaycan xalçaçılıq sənəti.
Haqqımızda / Mədəni fəaliyyət / Qafqaz xalçası / Nəşrlər