Düşüncə - Vaqif Mustafazadə
00:0000:00
Azərbaycan tarixi. Qədim dövr.
Azərbaycan tarixi. Qədim dövr.

Qobustan. Qayaüstü təsvirlər.

press to zoom
Azərbaycan tarixi. Qədim dövr.
Azərbaycan tarixi. Qədim dövr.
press to zoom
Azərbaycan tarixi. Qədim dövr.
Azərbaycan tarixi. Qədim dövr.

Qobustan. Qayaüstü təsvirlər.

press to zoom
Azərbaycan tarixi. Qədim dövr.
Azərbaycan tarixi. Qədim dövr.
press to zoom
Azərbaycan tarixi. Qədim dövr.
Azərbaycan tarixi. Qədim dövr.
press to zoom
Azərbaycan tarixi. Qədim dövr.
Azərbaycan tarixi. Qədim dövr.
press to zoom
Azərbaycan tarixi. Qədim dövr.
Azərbaycan tarixi. Qədim dövr.
press to zoom
Azərbaycan tarixi. Qədim dövr.
Azərbaycan tarixi. Qədim dövr.
press to zoom

Qəbələ qalasının bürc qalıqları.

press to zoom

Alaniya və Antropatena

press to zoom

AZƏRBAYCAN TARİXİ

Qədim dövr / Orta əsrlər / Yeni dövr / ADR / Sovet Azərbaycanı / Müstəqil Azərbaycan

QƏDİM DÖVR
 

Daş dövrü Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4 minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən paleolit (qədim), mezolit (orta) və neolit (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorunmağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 

400-300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında aşkar olunmuş ibtidai insan-neandertalın çənə sümüyü (təxminən 350 min il öncə) buna əyani sübutdur. 

100-30 min il öncə ölkə ərazisində orta paleolit dövrü yaşamış və bu ərəfədə qədim insanların ibtidai icma quruluşu formalaşmışdır. Həmin dövr Tağlar mağarasındakı arxeoloji tapıntılar əsasında tədqiq edilmişdir. Bu zaman insanların əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Eyni zamanda Azərbaycanda yaşayan insanlar artıq o dövrdə qonşu ərazilərin sakinləri ilə mübadilə xarakterli əlaqələr qura bilmişdilər. 

30-10 min il öncə Azərbaycanda son paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqadların yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi.

Mezolit Azərbaycanda er.əv. 11
Orta tunc dövründə (er.əv. 3-2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir.

Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23 yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubey və hurrit tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin dövründə 

(er.əv. 2236-2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı Enridavazar akkad qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt etmişdi. 

Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış yeni tayfa ittifaqı lulubeylər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin əsas əraziləri Urmiya gölü ətrafında olmuşdur. Lakin sonradan onlar öz ərazilərini İran körfəzinə qədər genişləndirə bildilər. Bu tayfa ittifaqının ən parlaq dövrü er.əv. 2 minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir. Hələ er.əv. 3 minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. 

Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. 

Artıq er.əv. 2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq formalaşmağa başlayır. Bu dövr ölkədə Xocalı-Gədəbəy, Talış-Muğan, Naxçıvan və Qayakənd 
Er.əv. 13-12 yüzilliklərdə ölkə ərazisində dəmir dövrü başlanır. Bu ərəfədə sinfi cəmiyyətin yaranmasının təməli qoyulur. Həmin zaman Urmiya gölü ətrafında Zamya, Karalla, Gilzan, Andia, Zikertu və s. kimi kiçik siyasi birliklər peyda olur. Er.əv. 9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti Manna yaranır. Onun baş şəhəri İzertu olmuşdur.Artıq er.əv. 8 əsrdə Manna Asiyada mühüm siyasi qüvvə rolunu oynayırdı. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti illərinə təsadüf edir. Bu zaman Mannaya indiki Azərbaycanın bütün cənub və bəzi şimal (Naxçıvan) əraziləri tabe idi. İranzunun varisləri Aza və Ullusuna müxtəlif dövlətlərlə hərbi ittifaqlar yaradaraq öz ərazilərini genişləndirməyə çalışırdılar. Belə ki, er.əv. 714-cü ildə Ullusuna Assuriya dövləti ilə ittifaqda Urartunu məğlub edə bilmişdir. Lakin bunun ardınca Manna dövləti getdikcə tənəzzülə uğramağa başlayır. Sonuncu dəfə bu dövlətin adına er.əv. 616-cı ilə təsadüf edən "Hedda salnaməsində" rast gəlinir. Beləliklə, yaşı 3 min ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümunəsi Manna dövləti olmuşdur. 

Təxminən er.əvvəl I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq er.əv. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi bərqərar olur. Midiya dövlətinin paytaxtı Ekbatan (müasir Həmədan) olmuşdur. Demək olar ki, eyni dövrdə Azərbaycanda skiflərin dövləti də mövcud idi. Bu dövləti Qafqaza Dərbənd keçidindən daxil olmuş köçəri tayfalar yaratmışdır. Həmin dövlət Ön Asiyanın o zamankı tarixində mühüm rol oynadığına baxmayaraq er.əv. VI əsrin 90-cı illərində yox olmuşdur. Elə bu dövrdə də Midiyanın yüksəlişi başlanır. Kiaksar şahın dövründə (er.əv. 625-585-ci illər) Midiya xüsusilə güclənərək Urartu və Cənubi Qafqazı özünə tabe etdirmiş, Assuriya imperiyasına bir neçə döyüşdə qalib gəlmişdir. Lakin artıq er.əv. 6-cı yüzilliyin ortalarında bu dövlət tənəzzülə uğrayır və onun əraziləri ilk fars dövləti olan Əhəmənilər imperiyası tərəfindən zəbt edilir. Bu imperiyanın hökmdarı şahənşah II Kirin dövründə (er.əv. 559-530) ölkənin paytaxtı Ekbatana talan edilmiş, Midiyanın özü isə Əhəmənilər dövlətinin əyalətlərindən birinə çevrilmişdir. Müxtəlif xalqları və əraziləri özünə zor gücü ilə tabe etdirən bu dövlət artıq er.əv. 4-cü yüzilliyin 2-ci yarısında Makedoniyalı İsgəndər tərəfindən zəbt edilmişdir. 

Makedoniyalı İsgəndərin imperiyası Balkan yarımadasından Şimali Hindistana və Qafqazdan Misir və Fars körfəzinə qədər uzanan nəhəng bir ərazini əhatə edirdi. Bu imperiyanın əmələ gəlməsi tərkibində və qonşuluğunda olan xalqların mədəni, mənəvi, elmi və ictimai həyatlarına böyük təsir göstərmiş, qədim dünya tarixində yeni bir dövrün elinizmin yaranmasına gətirib çıxardı.

Ellinistik dövrdə Azərbaycan ərazisində iki yerli dövlət Albaniya və Atropatena mövcud olmuşdur. 

Er.əv. 328-ci ildə yaranmış Atropatena dövlətinin ilk hakimi Atropat hesab edilir. Araz çayından cənubda yerləşən əraziləri əhatə edən Atropatenanın paytaxtı Qazaka idi. Atropatenada əkinçilik, heyvandarlıq və sənətkarlıq yüksək inkişaf etmişdir. Ölkədə iri şəhərlər mövcud idi, ölkədaxili və beynəlxalq ticarət əlaqələri durmadan inkişaf edirdi. Atropatenada dövlət dini Zərdüştlük olmuşdur. 

Er.əvvəl III əsrin 20-ci illərində Artabazanın dövründə ölkənin əraziləri xeyli genişlənərək Xəzər dənizindən Kiçik Asiyaya qədər böyük bir ərazini əhatə etmişdir. 

Həmin illərə Parfiya imperiyasının (er.əv. 248-227) güclənməsi də təsadüf edir. Özlərinə Mərkəzi Asiya, Cənubi Qafqaz, İran və Mesopotamiyanın bir sıra əyalətlərini tabe etdirərək bu dövlətin hökmdarları qəsbkar siyasət yürüdürdülər. Bu işdə onların əsas rəqibi nəhəng və qüdrətli Roma İmperiyası (er.əv. 6 - er.5 əsrlər) olmuşdur. Roma və Parfiya arasında Qafqazı o cümlədən Azərbaycanı özünə tabe etdirmək uğrunda ardı-arası kəsilməyən müharibələr aparılırdı. İlk mərhələdə Atropatena Parfiyanın müttəfiqi kimi çıxış etmiş və bu dövlətlərin birgə səyi nəticəsində romalılar bir neçə döyüşdə məğlub edilmişdir. Lakin er.əv. 20-ci ildə Atropatenada II Ariabarzan hakimiyyətə gəlir. O hələ gənc ikən Romada tərbiyə almış və bu səbəbdən onun pərəstişkarı olmuşdur. Er.əv. 1-ci ildə Roma sərkərdəsi Qay Sezar Ermənistanı zəbt edərək II Ariabarzanı onun hökmdarı təyin edir. Lakin Ermənistanın Atropatenaya qatılması və Roma ilə müttəfiq münasibətlər Parfiyanın narazılığına səbəb oldu ki, bu da yeni müharibənin başlanmasına gətirib çıxardı. Eramızın 2-ci ilində Atropatena və Roma qoşunu Parfiya və onun müttəfiqlərinin ordusunu həlledici döyüşdə məğlub etdi. Sonradan romalıların bu ərazilərə təsiri zəifləyir. Bundan istifadə edən Parfiya Atropatenanı zəbt edir. Hakimiyyətə Parfiya mənşəli Ərşakilər sülaləsi gətirilir. Bu şəkildə Atropatena Sasani imperiyasının (er. 224-651) yüksəlməsinə qədər mövcud olmuşdur. 

Digər Azərbaycan dövləti Albaniya Araz çayının şimal sahilindən cənubi Dağıstana qədərki ərazidə yerləşirdi. 

Bu dövlətə on bir əyalət Çola, Lpiniya, Kambiena, Eceri, Qəbələ, Şəki, Paytakaran (Beyləqan), Uti, Girdman, Artsax və Sunik daxil idi. Ölkənin paytaxtı ilk əvvəl Qəbələ, daha sonra isə Bərdə şəhərləri olmuşdur. Artıq er.əv. III yüzillikdə ölkədə yerli gümüş pullar zərb edilirdi.

Yazılı mənbələrin verdiyi məlumata görə Qafqaz Albaniyası 26 yerli qəbilənin siyasi ittifaqı nəticəsində yaranmışdır. Bu hadisə təxminən er.əv. IV əsrə təsadüf edir. Dövlətin ilk hökmdarı Aran hesab edilirdi. 
İlkin mərhələdə ölkədə rəsmi din zərdüşt dini olmuş, er. IV yüzilliyində isə xristianlıq qəbul edilmişdir. Xristian kilsəsinin başında müstəqil alban katalikosu dururdu. İlk zamanlar onun iqamətgahı Dərbənd, sonra isə Bərdə şəhəri idi. 
Qədim albanların təsərrüfatı, məişət və həyat tərzi Yaloylutəpə arxeoloji mədəniyyəti əsasında öyrənilmişdir. Bundan başqa yunan və roma müasirlərinin əsərlərindən və Kalankatuylu Musanın "Alban tarixi" salnaməsindən Qafqaz Albaniyası haqqında kəsərli məlumat əldə etmək olar. 

Qafqaz Albaniyasında əkinçilik, heyvandarlıq, sənətkarlıq və ticarət yüksək inkişaf etmişdir. Ölkədə bağçılıq və ilk növbədə ipəkçilik mövcud idi. Albaniya ərazisində 30-dan artıq şəhər var idi ki, bunlar da əhəmiyyətli sənətkarlıq və ticarət, siyasi, inzibati, mədəni və dini mərkəzlər rolunu oynayırdılar. Ölkənin yüksəlişi dövründə Albaniya şimaldan Böyük Qafqaz dağları, cənubdan Talış silsiləsi, şərqdən Xəzər dənizi, qərbdən isə Gürcüstanla məhdudlaşan böyük bir ərazini əhatə edirdi. 

Bu bərəkətli və zəngin ölkə əsrlər boyu bir çox xalqların və qəsbkar dövlətlərin diqqətini özünə cəlb edirdi. Hələ er.əv. III-II əsrlərdə ölkəyə şimaldan masaqet və sarmat tayfaları müdaxilə etmiş və Xəzər sahilində bir müddət mövcud olmuş Mazküt dövlətini yaratmışdırlar. Er.əv. I yüzillikdən başlayaraq romalıların legionları Cənubi Qafqaza, o cümlədən Albaniyaya bir neçə dəfə yürüş etmişdilər. İmperator Domitsianın dövründə (er.əv. 83-96) romalılar Xəzər dənizinin sahillərinə gəlib çıxmışdılar. Bu barədə Qobustanda tapılmış latın dilli qayaüstü yazı xəbər verir. Eramızın 70-ci illərində ölkəyə şimaldan alan tayfaları basqın edib Kambisena əyalətini zəbt etdilər. Bu basqın və müharibələrə baxmayaraq Qafqaz Albaniyası özünün dövlət müstəqillyini qoruyub saxlaya bilmişdir.

Azərbaycan Tarixi Muzeyi:
 www.azhistorymuseum.az.

Qədim dövr / Orta əsrlər / Yeni dövr / ADR / Sovet Azərbaycanı / Müstəqil Azərbaycan