Ədalət mühakiməsinin rəsmi emblemi Azərbaycan Respublikası bayrağının üçrəngli rəmzi təsvir olunmuş Azərbaycan Respublikasının xəritəsinin fonunda ayaq üstə gözü bağlı, sağ əlində tərəzi, sol əlində isə üzü aşağı qılınc tutmuş qadın təsvirindən ibarətdir. Təsvir çevrə daxilində yerləşdirilmiş və çevrə aşağı tərəflərdən postamentin içərisindən yuxarı istiqamətə doğru möhkəmlik, sarsılmazlıq, dözümlülük: güc və şöhrət rəmzi olan palıd ağacının yaşıl rəngli budaqları ilə əhatə edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi
Azərbaycan Respublikası Ali Məhkəməsi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
AZƏRBAYCAN DÖVLƏTİ
Ümümmilli lider / Prezident / Milli məclis / İcra həkimiyyəti / Məhkəmə həkimiyyəti / Dövlət rəmzləri / Diaspora komitəsi
AZƏRBAYCAN RESPUBLIKASININ MƏHKƏMƏ HƏKİMİYYƏTİ
"Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini
ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr
həyata keçirirlər".
Konstitusiyanın 125-ci maddəsindən
İcra hakimiyyəti və qanunvericilik hakimiyyətinin qərarlarının Konstitusiyaya uyğun olmasına nəzarət edilməsini və Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri Konstitusiya Məhkəməsi həyata keçirir.
2000-ci ildə Azərbaycanda məhkəmə sisteminin islahatı həyata keçirilmişdir. Appelyasiya Məhkəməsi, İqtisad Məhkəməsi, Ağır Cinayyətlər üzrə Məhkəmə yaradılmışdır. Ali Məhkəmə mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır.
KONSTİTUSİYA MƏHKƏMƏSİ
1997 ilin oktyabr ayında "Konstitusiya Məhkəməsi haqqında" Azərbayjan Respublikasının Qanunu qəbul edildi. 1998 ildə Konstitusiya Məhkəməsi təşkil olundu. 2002 ilin aprel ayında respublikada hakimlərin test imtahanı vasitəsilə işə götürülməsi tətbiq olunmağa başlandı. 2002 ilin avqustunda Konstitusiyaya edilmiş dəyişikliklərə görə hər bir şəxs Konstitusiya Məhkəməsinə mürajiət edə bilər.
Beləliklə 2002 ilin oktyabr ayında Azərbayjanda üçpilləli məhkəmə sistemi formalaşdı. Yeni, ikinji instansiya.
Ümümmilli lider / Prezident / Milli məclis / İcra həkimiyyəti / Məhkəmə həkimiyyəti / Dövlət rəmzləri / Diaspora komitəsi