top of page
Düşüncə - Vaqif Mustafazadə
00:0000:00

AZƏRBAYCAN DÖVLƏTİ

Ümümmilli lider / Prezident / Milli məclis / İcra həkimiyyəti / Məhkəmə həkimiyyəti / Dövlət rəmzləri / Diaspora komitəsi

Dövlət bayrağı

Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmiş.

Üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Həmin sessiyada Azərbaycan SSR Ali Sovetinin qarşısında üçrəngli bayrağın Azərbaycan dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycnanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti höküməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycanda Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir. Sovet hakimiyyəti illərində SSRİ-nin tərkibinə daxil olan Azərbaycan özünün dövlət atributları sayılan bayraq, gerb, himn və konstitusiyasını saxlamışdır. Lakin onların hamısı yeni redaksiyada diqər müttəfiq Sovet Respublikalarının dövlət atributlarına uyğunlaşdırılmış tərzdə işlənmişdir. İlk dəfə Azərbaycan SSR gerbinin dəyişdirilməsi haqqında məsələ 17 noyabr 1990-cı ildə qaldırılmışdır. Naxçıvan Respublikasının Ali Məclisi zn yaxşı dövlət gerbinin yaradılması üçün yeni müsabiqə elan etmişdir. 1993-cü il yanvar ayının 19-da Azərbaycan Respublikasının Ali Soveti Dövlət Gerbi haqqında Konstitusiya Qanunu qəbul etmişdir.

Dövlət gerbi

Dövlət himni

Azərbaycan! Azərbaycan!
Ey qəhraman övladın şanlı Vətəni! 
Səndən ötrü can verməyə cümlə hazırız! 
Səndən ötrü qan tökməyə cümlə qadiriz! 

Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əskər;
Hərə bir qəhraman oldu! 

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət, 
Sinəmdə tutmuş məkan! 
Namusunu hifz etməyə, 
Bayrağını yüksəltməyə 

Cümlə gənclər müştaqdır! 
Şanlı Vətən! Şanlı Vətən! 
Azərbaycan! Azərbaycan!

Musiqi: Üzeyir Hacıbəyovun 
Sözləri: Əhməd Cavadındır 

Ümümmilli lider / Prezident / Milli məclis / İcra həkimiyyəti / Məhkəmə həkimiyyəti / Dövlət rəmzləri / Diaspora komitəsi

bottom of page